Milli komandamızın sabiq hücumçusu karyerasını bitirir
25.11.2010 - 00:05
“Muğan”dan ayrıldıqdan sonra ancaq fərdi məşqlə kifayətlənirəm. Qaçmaqla, formamı saxlamağa çalışıram”. Bu sözləri apasport.az saytına açıqlamasında milli komandamızın sabiq futbolçusu, ötən ay “Muğan” klubundan kənarlaşdırılan Fərrux İsmayılov deyib.
Ötən mövsümü Salyan təmsilçisinin heyətində keçirən və yayda yenidən komandada qalmaq təklifi alan hücumçunun oyunu keçmiş baş məşqçi Almir Hurtiçi qane etmədiyindən onunla müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Maraqlıdır ki, İsmayılovun gedişindən sonra da əyalət təmsilçisi uğurlu çıxış edə bilmədi. Nəticədə baş məşqçi Almir Hurtiç özü istefaya getdi.
Qışda karyerasını yenidən davam etdirib-etdirməməyə gəldikdə, futbolçu hələ qəti qərar vermədiyini deyib: “Qışda oynayıb-oynamayacağımı bilmirəm. Karyeramı bitirə də bilərəm. Hər şey “transfer pəncərəsi” açıldıqdan sonra bilinəcək”.
Unibank Premyer Liqası çərçivəsində keçirilən oyunları televiziya vasitəsi ilə izləyən hücumçu “Muğan” haqda danışmaq istəməyib: “Bu komanda haqda danışmaq istəmirəm. İşlərinə qarışmıram”.

0
0