“Məqsədimiz “Birlik Kuboku”nu Bakıya gətirməkdir”
25.11.2010 - 00:11
“Məqsədimiz “Birlik Kuboku”nu Bakıya gətirməkdir”
“Muğan”la oyun ağır olacaq. I dövrədə onları çətinliklə məğlub etmişdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter”in yarımmüdafiəçisi Aleksandr Çertoqanov deyib.

Bazar günü Salyanda “Muğan”ın qonağı olacaq “İnter” hazırlığını davam etdirir. I dövrədə rəqibini çətinliklə məğlub edən “bankirlər” ancaq qələbə haqda düşünür. Üstəlik, Kaxaber Sxadadzenin yetirmələri turnir cədvəlindəki mövqeyini də yaxşılaşdırmaq istəyir.

Maraqlıdır ki, son çempion ilk üçlük”dən kənarda qalıb. Məsələyə münasibətini bildirən Çertoqanov qarşıda oyunların çox olduğunu söyləyib: “Ötən mövsüm çempion olduq. Artıq bunu unutmuşuq. Qarşıda çoxlu oyunlarımız var. Yaxşı nəticələr qazanıb, istədiyimiz yerə yüksələcəyik”.

Son çempion kimi ölkəmizi Sankt-Peterburqda keçiriləcək “Birlik kuboku”nda təmsil edəcək “İnter” üçüncü dəfə qatılacağı yarışdan kubokla dönmək istəyir. Artıq “Neftçi” və “Xəzər Lənkəran”ın buna nail olması, ölkənin iddialı klublarından hesab edilən “bankirlər”i də ruhlandırıb: “İnter”in heyətində 2 il əvvəl bu turnirdə iştirak etmişdim. Məqsədimiz “Birlik Kuboku”nu Bakıya gətirməkdir”.