“Qalatasaray”lı futbolçunun 800 minlik “Lamborghini”si - FOTO
24.11.2010 - 17:53
“Qalatasaray” tarixinin ən pis mövsümlərindən birini keçirsə də, komandanın futbolçusu Barış Özbək 800 min lirəlik (400 min manat) avtomobildə gəzir. Lent.az-ın “Habertürk”ə istinadən verdiyi məlumata görə, Özbək noyabrın 23-də “Lamborghini Gallardo LP560” markalı avtomobili ilə İstanbul şəhərindəki “İstinye Park”da obyektivlərə tuş gəlib.
O, adı və soyadının baş hərflərinin yazıldığı Almaniya dövlət nömrə nişanlı maşını ilə qısa dövrə vurduqdan sonra parkdan ayrılıb. Bu zaman bütün diqqətlər gənc futbolçuya və onun dümağ avtomobilinə yönəlib.
Qeyd edək ki, son zamanlar Türkiyə çempionatında top qovan məşhur futbolçuların sevimli məkanına çevrilən “İstinye Park” lüks avtomobil qalereyasını xatırladır.

- Popoviç Türkiyəni hədələdi - “Zəif yerlərini tapmışam”
- Hakan Safidən seçki sonrası mesaj: 10 min səs toplamışıq
- Mourinyonun yerinə Marko Silva - “Benfika”da yeni baş məşqçi
- Ançelottidən təzyiq açıqlaması - “Aslanı pişik balası kimi görərsən”
- “Arsenal”dan yunan futbolçu üçün həmlə - Tələb 40 milyon avro
0
0