UEFA-nın mətbuatla bağlı Bakı seminarı başa çatdı
24.11.2010 - 18:20
UEFA-nın mətbuatla bağlı Bakıda keçirilən seminarı bu gün başa çatıb. Apasport.az saytının xəbərinə görə, tədbirdə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi, əməkdar jurnalist Mikayıl Nərimanoğlu affa.az və affavideo.az saytları barədə, həmçinin AFFA-nın təsisçisi olduğu «Futbol dünyası» qəzeti haqda geniş məruzə ilə çıxış edib. Bundan əlavə, qeyd olunan saytların və qəzetin, ümumilikdə, İnformasiya və İctimaiyyətlə əlaqələr Departamentinin fəaliyyətini əks etdirən videoçarxlar nümayiş olunub. Seminar iştirakçıları AFFA-nın bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndiriblər.
Məşğələlər başa çatdıqdan sonra qonaqlar AFFA-nın binasına gələrək assosiasiya əməkdaşlarının iş prinsipi, AFFA-nın Futbol muzeyi və Futbol akademiyası ilə tanış olublar.
Qeyd edək ki, seminarda Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, və Tacikistan futbol federasiyalarının baş katibləri və mətbuat departamentinin əməkdaşları iştirak edib.

0
0