Ölkənin ən məşhur müğənnisi 3 klubun pulunu mənimsəyib - FOTO
24.11.2010 - 18:27
Serbiyanın “Obiliç” futbol klubunun qadın prezidenti Svetlana Raznatoviçə qarşı rüşvətxorluq maddəsi ilə cinayət işi açılıb. Lent.az-ın məlumatına görə, ölkənin ən ünlü müğənnilərindən olan Raznatoviç 3 futbolçunun xarici klublara satışından əldə olunan külli miqdarda vəsaiti şəxsi hesabına keçirməkdə ittiham olunur.
O, 2000-ci ildə Nikolya Lazetiçin keçidi üçün “Fənərbağça”nın ödədiyi 6 milyon marka, Yunanıstanın “Aris” klubuna satılan, sonradan “Xəzər Lənkəran”da oynayan Miroslav Saviç üçün 800 min marka və Rusiyanın Moskva “Lokomotiv”inə transfer olan Milan Obradoviç üçün 3 milyon markanı mənimsəyib.
Qeyd edək ki, Svetlana Raznatoviç Serbiyada başlanan müharibənin günahkarları sırasında göstərilən Jelko Raznatoviç Arkanın həyat yoldaşıdır. Onun “Obiliç” klubunun prezidentliyinə gətirilməsində məhz ərinin rolu olub.

- "Real Sosyedad" baş məşqçisi ilə müqaviləni yenilədi - Rəsmi qərar
- Rosenyor Paris klubuna baş məşqçi təyin olundu - Rəsmi müqavilə
- Qurban Qurbanov jurnalistlər önünə çıxacaq
- “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turnirinin rəsmi açılış mərasimi keçirilib - FOTO
- DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA?
0
0