Rəşad “Neftçi”də üzləşdiyi haqsızlıqdan danışdı
24.11.2010 - 19:18
Azərbaycan yığmasının kapitanı, Türkiyənin “Əskişəhərspor” klubunun futbolçusu Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi
- Zədənizlə bağlı vəziyyət nə yerdədir?
- Şükür Allaha, yavaş-yavaş düzəlir. Komanda ilə birgə məşq edirəm. Düzdür, dizimdə bir az ağrılar var. Ancaq deyiblər ki, belə ağrılar olacaq.
- “Əskişəhərspor” həftəsonu “Manisaspor”u qəbul edəcək. Həmin görüşdə iştirak edə biləcəksiniz?
- Yox, çünki hələ tezdir. 2 həftə işləməmişəm. Bu səbəbdən özümə gəlməyə vaxt lazımdır. Ayağım oynamaq üçün hələ tam hazır deyil.
- Belə çıxır ki, ən yaxşı halda 2 həftəyə oynaya bilərsiniz?
- Fikrimcə, gələn həftə meydana çıxa bilərəm.
- Futbolçu zədələnəndə əsas heyətdə yerini itirir. Yerinizi qaytarmaq çətin olmayacaq?
- Futbolda belə şeylər olur. Mən oynamadım, başqası oynadı, sabah heyətdə böyük rəqabət olacaq. Gərək, buna hazır olub, əsas heyətdə yerimizi qaytaraq. Mənim yerimdə oynayan futbolçu son turda “Trabzonspor”la görüşdə çox yaxşı təsir bağışladı.
- Bu, sizin kimi yay fasiləsində alınan mərkəz müdafiəçisi Dieqodur...
- Elədir. O, son turda liderlə səfərdə 0:0 hesabı ilə nəticələnən oyunda komandamızın ən yaxşılarından oldu.
- Baş məşqçi Bülənt Uyğun sizi həftəsonu “Manisapsor”la oyuna gözləyir. Onun zədəli vaxtınızda sizə diqqəti hiss olunur?
- Burda hər bir futbolçuya qarşı diqqət var. Fərqi yoxdur, əsas heyətdə oynayırsan, yoxsa “18lik”də yer alırsan. Futbolçular arasında ayrıseçkilik edilmir. Baş məşqçi kim layiqdirsə, onu heyətdə oynadır. Məşqlərə, son oyuna baxır, qiymətini verir. Onun üçün futbolçunun fərqi yoxdur. Ola bilər ki, bir oyundan sonra əsas heyətdəkinin yerinə başqasını oynatsın. Yaxşı oynayanda, növbəti matçda yenə ona şans verir. Uyğun belə bir məşqçidir, heç kimin haqqını yemir. Çalışır ki, kim güclüdür, ona yer versin. Şansın olanda oynayıb, özünü göstərməlisən. Bu, futboldur, kimsə yaxşı oynayıbsa, deməli, sabah da oynamalıdır. Tək Dieqo deyil, bizdə 5 mərkəz müdafiəçisi var. Burda Azərbaycandakı kimi deyil, hərənin öz yeri var.
- Azərbaycanda necədir ki?
- Ölkəmizdə bir də görürsən ki, futbolçu zədəsi olduğundan 4-5 gün məşq etmir. Ancaq 1-2 gün məşq edir, şənbə, yaxud bazar günü əsas heyətdə oyuna çıxır. Burda belə şey yoxdur. Həftənin 2 gününü buraxdınsa, əsas heyətdə oynamaq şansın yoxdur. Rəqabət böyükdür, komandanın heyəti genişdir, 28 futbolçu var.
- Türkiyəli jurnalistlər sizi hesabdan silmirlər. Onların fikrincə, komandanızda başqa mərkəz müdafiəçiləri olsa da, Rəşad Sadıqovun da yeri var...
- Mən belə şeylərə fikir vermirəm. Bu dəqiqə fikrimdə olan dizimi sağaltmaq, tezliklə məşq etməkdir. İki gündür ağrıya-ağrıya edirəm, məşqləri buraxmaq istəmirəm. Çünki fiziki formadan düşəndən sonra çətin olur. İstəyirəm yavaş-yavaş özümə gəlim. Aydın məsələdir ki, bu komanda əsasən qışda qurulacaq. Yeni baş məşqçinin istədiyi futbolçular var. Böyük ehtimalla yeni heyət, bir çox transferlər olacaq. Mənim üçün əsas odur ki, fasiləyə kimi özümü toparlayıb, qışda tam formalaşmış heyətdə oynayım. Həmin vaxt özümü ən yaxşı tərəfdən göstərib, əsas heyətin oyunçusuna çevrilmək istəyirəm. Çünki qışda demək olar hər mövqeyə yeni transferlər gözlənilir.
- Həmin vaxt yeni futbolçuların gəlişi “Əskişəhərspor”dakı taleyinizə mənfi təsir göstərə bilərmi? Həmin vaxt “transfer pəncərəsi” açılacağından, gedişiniz gündəmə ola bilər?
- Hələ bu barədə fikirləşmirəm. Ancaq futbolda hər şey ola bilər. Bu gün getmək söhbəti yoxdur. Yəqin ki, komandadan gedənlər və gələnlər də olacaq. Onların adları böyük ehtimalla ilk dövrədən sonra açıqlanacaq. Bildiyimə görə, siyahı məlumdur.
- Həmin siyahıda kimlərin yer almasından xəbəriniz var?
- Bu, məşqçilər korpusuna məlumdur. Onlar öz heyətlərini, taktikalarını, oyun üslublarına uyğun komanda quracaqlar.
- Yığmamızın dekabrda Bakıda 4 günlük, yanvarda isə Dubayda 2 həftəlik təlim-məşq toplanışı olacaq. Yəqin ki, bunlar FİFA-nın təqvimində nəzərdə tutulmadığından gələ bilməyəcəksiniz...
- Dekabrda gəlişim mümkün deyil. Ancaq Dubay toplanışının vaxtını bilmirəm. Yanvarın əvvəlində və ya ortasında olsa, bəlkə də 1-2 günlük icazə alıb, gəldim. Həmin vaxt yoldaşlıq görüşləri olacaq. Bu oyunların birində iştirak etmək istərdim. Fevralda son yoxlama matçımız var və bunlar martda Belçika ilə səfərdəki rəsmi oyuna son hazırlıq xarakteri daşıyır. Həmin rəsmi görüş bizim üçün çox vacibdir. Əgər Belçikadan 1 xal alsaq, bu sonda bizi qrupda çox fərqli yerlərə gətirə bilər.
- Belçika ilə oyunun əhəmiyyətini artırmaqla bağlı fikriniz, nəticə qazanmaqla bağlı inamınız nədən irəli gəlir?
- Başa düşürəm ki, Belçika ilə səfərdə ağır olacaq. Ancaq orada son saniyələrə kimi dişimizi sıxıb, mübarizə aparıb, 1 xalla qayıda bilsək, sonda böyük irəliləyişə nail ola bilərik. Bundan sonra çox inamlı olacağıq. Artıq 3 səfər oyunumuz geridə qalmış olacaq. Qazaxıstan və seçmə mərhələnin sonunda Türkiyə ilə səfər oyunumuz qalacaq. Qalanlarını evdə keçirəcəyik. Bu, bizim üçün böyük üstünlük olacaq. Ona görə də fikrimcə, Belçika ilə səfər görüşü bizim üçün ən vacibidir.
- Çernoqoriya yığmasına səfərdə 0:2 hesabı ilə uduzduğumuz yoldaşlıq görüşündən sonra bədbinliyə qapılmamısınız?
- Türkiyə və Çernoqoriya ilə görüşlər tam fərqli oyunlar oldu. Əsas istəyim odur ki, Belçikaya qarşı tam heyətlə çıxa bilək, futbolçular formada olsun. Podqoritsadakı görüşdə çox böyük itkilərimiz vardı. Mənimlə yanaşı, Maksim Medvedev, Rail Məlikov, Samir Abasov, Əfran İsmayılov yox idi. Vaqif sağlam, tam istənilən formada deyildi. Bunlar böyük itkilərdir. Yığmanın demək olar aparıcı futbolçuları iştirak edə bilmirdi. Fikrimcə, növbəti rəsmi oyunda daha döyüşkən heyətimiz olacaq. İnşallah, Belçikadan 1 xalla qayıda biləcəyik.
- Yəqin ki, “Neftçi”də keçmiş baş məşqçiniz olan Vlastimil Petrjelanın fikirlərini ilə tanışsız. O bildirib ki, ilk vaxtlar rəhbərlikdən sizi komandadan qovmağı təklif ediblər...
- Təbii ki, mətbuatı izləyirəm, onun fikirlərini oxumuşam. Həmin söhbəti o vaxt da bilirdim ki, Petrjelaya təzyiq göstərirdilər. Tək o, deyildi... Belə getsə, çox söhbətlər açılacaq. Mən biləni, səhv etmirəmsə, sonra Anatoli Demyanenko, ardından Hans-Yurgen Gedeyə də təzyiq göstərdilər. Artıq Gede məni komandadan çıxartdı. Mən həmin vaxt da dedim ki, bu, onun işi deyil. Özünüz də görürsünüz ki, neçə illərdir təzyiq altında futbol oynamışam. Rəşada mənəvi zərbə endirmək kimlərinsə marağında olub. Ancaq ortaya atılan söz-söhbətlərin hamısı boş şeydir. Bildiyimə görə, Petrjela o vaxt deyirdi ki, təki hamı Rəşad kimi oynasın. Həmin insanlar idi ki, Petrjelanın dövründə edə bilmədiklərini Gedenin vaxtında həyata keçirdilər. Petrjela böyük, təcrübəli məşqçi idi, onu aldatmaq asan deyildi. Ancaq bəzi insanlar Gedenin “başını yedilər”. Necə ola bilər ki, böyük məşqçilər – Ağasəlim Mircavadov, Vlastimil Petrjela, Karlos Alberto Torres, Berti Foqtsun vaxtında heç bir söz-söhbət olmadı? Özünüz təhlil edin ki, bunlar kimlərin vaxtında oldu... Kimlərinsə marağında idi, məşqçinin zəifliyindən istifadə edib, arzularına çatdılar. Mənimlə prinsipləri vardı və buna görə mənə zərbə vurdular.
- Rəhbərliyin futbolçu ilə nə prinsipi ola bilər ki?
- Rəhbərlik 7-8 nəfərdən ibarətdir, ancaq orada hamısının adı getmir. Yəqin ki, mənə zərbə endirmək bəzi insanların marağında idi. Ancaq bunun səbəbini bilmirdim. Onu bilirdim ki, mənimlə üz-üzə gələndə başqa cür görüşürdülər, arxamca isə... Özü də belə şeylər bağlı qalmır, get-gedə açılır. Təsəvvür edin, hər oyuna bu təzyiq altında çıxırdım. Guya, Rəşad qəsdən oynamır. “Qarabağ” keçən mövsüm “altllığ”a başlayanda, 6 oyunun birini udub, 5-də uduzdu. Məgər, biz Qurban Qurbanova qarşı qruplaşma yaratmışdıq, qəsdən uduzurduq ki, onu çıxartsınlar? Bunlar düz söhbət deyil axı. Hər komandanın uğursuz vaxtı olur, başına belə şeylər gələ bilər. “Bakı” cari mövsümə uğursuz başladı. Məgər bu, o deməkdir ki, futbolçular almaniyalı baş məşqçi Vinfred Şaferi istəmir? Boş söz-söhbətlərdir. İndi oyunlarını tapıblar, özlərinə gəliblər, yaxşı oynayırlar. Bəyəm mən gedəndən sonra “Neftçi”də uğursuzluq seriyası davam etmədi? Belə danışanlar futboldan uzaq adamladır. Onlar özlərini saf göstərmək üçün günahı kiminsə üstünə atdılar. Ancaq Allah hər şeyi görür. Heç kim də cəzasız qalmır.
- Petrjela müsahibəsində ona sizin komandada qruplaşma yaratdığınızı deyiblər...
- Təəssüflər olsun ki, Petrjelanın Azərbaycanda dönəmi çox qısa müddət oldu. Fikrimcə, ölkəmizdə böyük nəticələrə nail ola biləcək məşqçi idi. Böyük mütəxəssis, güclü psixoloq idi. Onun vaxtında elə olmayıb ki, futbolçular məşqə həvəssiz, yaxud oyuna məsuliyyətsiz çıxsın. Petrjela komandaya yeni fəlsəfə gətirmişdi və onu da tam həyata keçirmək üçün vaxta ehtiyac vardı. İstədiyi futbolçunu gətirməsi, heyəti qurması üçün qış transferləri lazım idi. Ancaq olmadı. Mən yenə Petrjela ilə birgə işləmək istərdim.
Mehman SÜLEYMANOV

0
0