“Flavinyonun yoxluğu heç nəyi dəyişmədi”
25.11.2010 - 10:15
Bakının “Neftçi” klubunun yarımmüdafiəçisi Flavinyonun karyerasını Azərbaycanda davam etdirməyə qərar verməsi hələ də Braziliyada müzakirə olunur. Apasport.az saytının məlumatına görə, aparıcı oyunçusunu itirən “Qremio Prudente”nin A seriyasında autsayder olmağına cənubi amerikalı həmkarlarımız da biganə qala bilmirlər.
Onlar komandanın uğursuzluqlarını ciddi itkilərlə izah etsə də bunun oyun planında əks olunmadığını da iddia edirlər: Azərbaycana yollanan Flavinyo başda olmaqla bir sıra aparıcı oyunçuları “Qremio Prudente”ni tərk etdi. Lakin onların yoxluğu ilə heç nə dəyişmədi. Transferlərdən əldə olunan paralar da komandanın maddi durumunu düzəltməyə yetərli olmadı. Əvəzində komanda sübut etdi ki, özünün yetişdirdiyi futbolçulara güvənə bilər. Bu gənclər də oyun keyfiyyətinin aşağı düşməməyinə nail oldular.
Qeyd edək ki, Flaviyo bu ilin iyulunda “Qremio Prudente”dən “Neftçi”yə transfer olunub.

0
0