Əlvida, “Dördlər finalı” - YENİLƏNİB
25.11.2010 - 19:56
Futzal üzrə UEFA kubokunda Azərbaycanı təmsil edən ölkə çempionu “Araz” mübarizəni dayandırıb. Apasport.az saytının məlumatına görə, 2009/10 mövsümündə Avropanın 3-cü komandası olan Joze Alesio da Silvanın yetirmələri bu dəfə çıxışlarını elit-raundda bitirib.
Buna elit-raund mərhələsinin B qrupunun son turunda aydınlıq gəlib. Bugünkü matçlara qədər “Araz”la şərikli liderlik edən İtaliya çempionu “Montesilvano” Kiprin “Ararat Nikosiya” klubunu 10:0 hesabı ilə darmadağın edib. Bununla da apenninlilər “Araz”ı çətin vəziyyətdə qoyublar. İtaliyalılara çatmaq, qrup qalibi olmaq üçün komandamız ən azı 10 top fərqi ilə qalib gəlməli idi.
Rəqib isə qrupun aşkar autsayderi olduğu əvvəlcədən bilinən kiprlilər deyil, güclü Rusiya çempionu idi. Son 3 ildə 2 dəfə UEFA kubokunun finalında oynayan, bunların birində qalib gələn, üstəlik hazırkı turnirdə meydan sahibi olan yekaterinburqlularla görüşdə “Araz” hesabı açsa da, bu uğurun davamı gəlməyib. Azərbaycan çempionu cari avrokubok mövsümündə ilk məğlubiyyətini almaqla qrup ikinciliyini də əldən verib.
UEFA kuboku
Elit-raund
B qrupu, III tur
“Ararat Nikosiya” (Kipr) – “Montesilvano” (İtaliya) – 0:10
Da Silva, 1, 10, 19, Baptistella, 4, 7, 14, 34, 35, Kuzzolini, 13, Folya, 23
18:15. “ARAZ” (Azərbaycan) – “VİZ-SİNARA” (Rusiya) - 2:3
Qollar: Eder, 9; Fərzəliyev, 37-p. - Prudnikov, 12; Mokxov, 34, 39
Yekaterinburq (Rusiya). İdman Sarayı
Hakimlər: Marselino Blaskes Syerra (İspaniya), Stefanita Muqurel Vvadan (Rumıniya), Petar Mantey (Makedoniya)
ARAZ: 1. Andrey Tveryankin. 5. Felipe, 6. Konstantin Duşkeviç, 8. Rizvan Fərzəliyev (k), 14. Vitali Borisov, 29. Marat Salyanski, 4. Anderson, 7. Enrike, 9. Bartolo, 10. Zeynal Zeynalov, 11. Melio Borxes Eduardo, 12. Eder.
Baş məqşçi: Joze Alessio da Silva
VİZ-SİNARA: 16. Sergey Zuyev, 3. Aleksey Moxov, 11. Andrey Prudnikov, 17. Pavel Çistopolov, 19. Konstantin Aqapov, 1. Aleksandr Dedov, 2. Aleksandr İvanov, 9. Sergey Abramov, 10. Damir Xamadiyev, 14. Nikolay Maltsev, 15. Artyom Kaçer, 58. Artyom Çudinov.
Baş məşqçi: Sergey Skoroviç

1 | “Montesilvano” | 3 | 2 | 1 | 0 | 14-3 | 7 |
2 | “VİZ-Sinara” | 3 | 2 | 0 | 1 | 16-5 | 6 |
3 | “Araz” | 3 | 1 | 1 | 1 | 6-6 | 4 |
4 | “Ararat Nikosiya” | 3 | 0 | 0 | 3 | 2-24 | 0 |
0
0