“Bursaspor”: Bir antirekorddan canını qurtardı, qaldı o biri
25.11.2010 - 11:29
“Bursaspor” Çempionlar Liqasının (ÇL) növbəti antirekordçusu olmağa doğru gedir. Apasport.az saytının məlumatına görə, Türkiyə çempionu Avropanın ən nüfuzlu klub turnirində debüt mövsümünü xal qazanmadan bitirə bilər.
Bu, iki həftə sonra Bursada Şotlandiyanın “Reyncers” klubu ilə keçiriləcək oyunda bəlli olacaq. “Bursaspor” bu turda ardıcıl 5-ci məğlubiyyətini aldı və qrupunda 3-cü yeri tutub, Avroliqaya çıxa bilməyəcəyi də rəsmiləşdi.
Komanda ilk qolunu yalnız bu turda, “Valensiya”ya səfərdə 1:6 hesabı ilə uduzduğu oyunda vurdu. Üçü böyük hesabla olmaqla, beş dəfə uduzan “Bursaspor” 15 qol buraxıb. Türkiyə çempionu bu göstəricidə Moskva “Spartak”ının ÇL-dəki antirekorduna yaxınlaşır.
Belə ki, Rusiyanın ən titullu klubu 2002/03 mövsümündə 1 qol vurub, 18-i buraxıb. “Bursaspor” bir antirekorddan canını qurtara bildi. Belə ki, indiyə kimi yalnız “Qarabağ”ın vaxtilə İntertoto kubokundan kənarlaşdırdığı İsrailin “Makkabi” (Hayfa) klubu qrupda 6 oyunun hamısında qol vurmadan uduzub.
“Reyncers”in ÇL-dən kənarda qalıb, Avroliqaya vəsiqə qazandığını nəzərə alsaq, son tur onun üçün formal xarakter daşıyacaq. Bu isə dekabrın 7-də Türkiyədə keçiriləcək oyunda meydan sahiblərinin qolun ardınca nəhayət, xal hesabını da açmaq şansını yüksəldir.

0
0