Filip Despotovski: Azərbaycanda şərtlər daha yaxşıdır - MÜSAHİBƏ
25.11.2010 - 11:20
Bakının “İnter” klubunun futbolçusu Filip Despotovski Makedoniya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, makedoniyalı dayaq yarımmüdafiəçisi yayda keçdiyi komanda haqda fikirlərini açıqlayıb.
- Bakının “İnter” klubunda sizi necə qarşıladılar?
- Futbol elə şeydir ki, qısa müddətdə uyğunlaşma tələb edir. Bu da, mənim üçün o qədər çətin olmadı.
- Əvvəl çıxış etdiyiniz Ukrayna təmsilçisi “Vorskla”dan niyə ayrıldınız? Baş məşqçi ilə hansı probleminiz var idi ki, əsas heyət üzvü olduğunuz halda, birdən-birə ehtiyat oyunçular skamyasının sakininə çevrildiniz?
- Mən əsas heyətdəki yerimi itirməklə barışmadım. Bu səbəbdən də müqaviləmi uzatmamağı lazım bildim.
- Uzun müddət klubsuz qaldınız. Bu sizin yüksək əmək haqqı tələb etməyinizlə bağlı idi, yoxsa heç kimin maraq dairəsində olmamağınızla?
- Mən daha yaxşı təklif gözləyirdim.
- “İnter” sizin üçün nədir: boş qaldığınız vaxtı keçirmək üçün yer, yoxsa karyeranızda inkişafa nail olmaq üçün bir klub?
- Bu klub yalnız 2004-cü ildə yaranıb. Lakin artıq 2 dəfə Azərbaycan çempionu olub. Əlbəttə ki, bu kluba karyeramda irəliləyişə nail olmaq gözü ilə baxıram.
- Bəs sonra karyeranızı harada davam etdirmək istəyirsiniz?
- Bakıda xoşbəxtəm. Ən əsası da elə budur. Növbəti klubumun harada olacağını isə bilmirəm.
- Makedoniya ilə müqayisədə Azərbaycandakı şərait necədir?
- Azərbaycan elə bir ölkədir ki, hazırda inkişaf etməkdədir. Şübhəsiz ki, oradakı şərtlər də daha yaxşıdır. Bunun nəticəsidir ki, onların klubları avrokuboklarda irəliləyişə nail olur.
- Karyeranızda çox klub olub. Onların hansında daha xoşbəxt olmusunuz?
- Mən hələ xoşbəxtliyimi indi qurmağa başlamışam. Harada olmağımın isə əhəmiyyəti yoxdur.
- Uğurlarınızda ailənizin dəstəyi nə dərəcədə rol oynayır?
- Elə ən böyük dəstəyimi ailəmdən alıram. Həyat yoldaşım Maya və oğlum Maksim hər yerdə mənimlədir. Onlar mənim əsas ilham mənbəyimdir.

0
0