Fərid Quliyevi sıxışdırdı, David Vilyanı qabaqladı
25.11.2010 - 11:42
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2010-cu ildə bitən çempionatların bombardirlərinin siyahısını hazırlayıb. Apasport.az saytının məlumatına görə, 45 futbolçunun yer aldığı siyahıya “Ayaks”ın uruqvaylı legioneri Luis Suares başçılıq edir. Gənc hücumçu Hollandiya çempionatında 33 oyuna 35 qol vurub.
2-ci yerdə qərarlaşan “Barselona”nın argentinalı yarımmüdafiəçisi Lionel Messi 35 oyuna 34, 3-cü olan Kot d’İuvarlı Seydu Dumbiya isə İsveçrə çempionatında mübarizə aparan “Yanq Boyz” klubunda 31 matçda 30 dəfə fərqlənib.
Suareslə Messi orta məhsuldarlığa görə də ilk “üçlük”dədir. Ancaq bu göstəricidə lider elə də tanınmayan estoniyalı futbolçu Sander Rostdur. “Flora”nın hücumçusu 17 görüşdə 24 qol sevinci yaşayıb (orta məhsuldarlıq 1,412-dir).
İFFHS ilk “60lığ”a düşən çempionatların bombardirlərini nəzərə aldığından, ötən mövsüm Sumqayıtın “Standard” klubunun heyətində 16 qolla Unibank Premyer Liqasının ən sərrast oyunçusu olan Fərid Quliyev siyahıda yoxdur. Əvəzində Fəridin cari mövsümdən “Neftçi”də komanda yoldaşı Emil Mpenza siyahıda yer alıb.
Quliyevi ehtiyatda saxlayan belçikalı hücumçu ötən mövsüm şərəfini qoruduğu İsveçrənin “Syon” klubunda 28 oyuna 21 qol vurub. Bu göstəricidə 32-ci olan Mpenza geridə qoyduğu ispaniyalı David Vilya (32 oyun) kimi, eyni sayda qol vursa belə, ondan az oynadığı üçün üstünlüyə malikdir.

0
0