“Bakı” – “Xəzər Lənkəran” oyununun vaxtı dəyişdirildi
25.11.2010 - 12:54
Unibank Premyer Liqasının XV turunun "Bakı" - "Xəzər Lənkəran" oyununun başlama vaxtında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, görüş saat 16:10-da başlayacaq. Bu, qarşılaşmanın canlı yayımı ilə əlaqədardır. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın əvvəlcədən 16:30-da başlayacağı planlaşdırılmışdı.
0
0