Berti Foqtsun müəmmalı seçimi - EKSKLÜZİV
25.11.2010 - 13:06
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts dünyanın ən yaxşı futbolçusu ilə bağlı namizədlərini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, almaniyalı çalışdırıcı 2010-cu ildə “Qızıl top” mükafatını qazanmağa Uruqvay yığmasının lideri Dieqo Forlanı layiq görüb.
64 yaşlı mütəxəssis seçimində Forlanın Madrid “Atletiko”su ilə UEFA kubokunu və Superkubokunu qazanmasını, DÇ-2010-da millisinin uğurlu çıxışında əsas səbəbkar, 5 qolla bombardirlərdən biri olmasını və turnirin ən yaxşı futbolçusu kimi “Qızıl top” almasını nəzərə alıb.
Foqts gənc həmyerlisi, Almaniya yığmasının və Münhen “Bavariya”sının 21 yaşlı hücumçusu Tomas Mülleri ikinci yerdə göstərib. DÇ-2010-un bombardirinə verilən “Qızıl buts”u qazanan Müller həm də mundialın ən yaxşı gənc futbolçusu idi.
Yığmamızın baş məşqçisinin 3-cü yerə layiq gördüyü Madrid “Real”ının qapıçısı İker Kasilyas isə kapitanı olduğu İspaniya millisi ilə dünya çempionu olub.
Bununla belə, Foqts ən yaxşı məşqçilərin müəyyənləşməsi ilə bağlı sorğuda tərəfkeşlik edib. Belə ki, İspaniyaya dünya çempionluğu qazandıran Visente del Boskeni ilk “üçlüy”ə daxil etməyən mütəxəssis yarımfinalda elə Boskeyə uduzan, sonda bürünc mükafata layiq görülən həmyerlisi, Bundestimin çalışdırıcısı Yoahim Lövü ən yaxşı seçib.
Onun ikinci saydığı, hazırda “Real”ın baş məşqçisi olan Joze Mourinyo ötən mövsüm “İnter” klubuna İtaliya çempionluğunu, kuboku və Çempionlar Liqasını qazandırıb. Baş məşqçimizdən 3-cü kimi səs qazanan Bert van Marveyk isə Hollandiya ilə son dünya çempionatında yalnız finalda İspaniyaya uduzaraq, gümüş medalçı olub.
Qeyd edək ki, ilin ən yaxşıları ilə bağlı sorğuda həmyerlilərinə həmişə səs verən Foqts Lövlə son iki seçmə mərhələdə hər üç görüşdə uduzub (evdə 0:2, səfərdə 0:4 və 1:6).

0
0