Azər Məmmədov: Çempionatda hələ belə şey görməmişdim
25.11.2010 - 13:59
“Son turlarda niyə xal itirdiyimiz sualına hələ cavab tapa bilmirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun kapitanı Azər Məmmədov deyib.
34 yaşlı müdafiəçi 4 illik fasilədən sonra Premyer Liqaya qayıdan komandasının uğursuzluq zolağına düşməsindən danışıb: “Rəhbərlik bizi bir yerə yığdı. Onların futbolçulara təzyiq göstərdiyini, bizi sıxdığını söyləmək olmaz. Sadəcə, problemlərimizlə maraqlandılar. Nəyə ehtiyacımızın olduğunu öyrəndilər. Ancaq məsələ orasındadır ki, bizim heç bir problemimiz yoxdur. Zaqataladakı oyunda meydan sahiblərinin bəxti gətirdi. Qapıçıları yaxşı oynadı. Çempionatda belə şey görməmişdim”.
İlk “altılığ”a düşmək şanslarını saxladıqlarını deyən yığmanın sabiq futbolçusu MOİK-lə matça dönüş nöqtəsi kimi baxır: “Evdə ardıcıl 2 oyun keçirəcəyik. Dönüş yaratmaq istəyirik. İlk “altılıq” şansımızı hələ saxlayırıq. Klubda da heç bir problem yoxdur. Sadəcə, yaxşı nəticə qazanmaq lazımdır”.

0
0