Nazim Süleymanov üçün yubiley
25.11.2010 - 14:18
Nazim Süleymanov üçün yubiley
Unibank Premyer Liqasının XV turu Bakının AZAL klubunun baş məşqçisi Nazim Süleymanov üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Tovuzda “Turan”la keçiriləcək görüş 45 yaşlı mütəxəssis üçün yubiley xarakteri daşıyacaq.

Belə ki, səfər matçı Süleymanovun baş məşqçilik karyerasında Premyer Liqamızdakı 50-cidir. Çempionatda 2004-cü ilin yayında “Xəzər Lənkəran”ın çalışdırıcısı kimi debüt edən, 7 qarşılaşmadan sonra yerini Rasim Karaya verib, 2005/06 mövsümündə yenidən türkiyəlini əvəzləyən mütəxəssis cənub təmsilçisini 13 çempionat oyununa çıxarıb. Qyoko Hacıyevskinin istefasından sonra “Bakı”nı 1 oyun meydana çıxaran Süleymanov ötən ilin payızından “təyyarəçilər”in “sükanı arxasındadır”.

klub

O

Q

H

M

T

X

“Xəzər Lənkəran”

13

6

4

3

15-9

22

“Bakı”

1

0

0

1

0-1

0

AZAL

35

16

11

8

42-20

59

CƏMİ

49

22

15

12

57-30

81