Millimizin 19-cu qışı – ARAŞDIRMA
25.11.2010 - 15:10
Millimizin 19-cu qışı – ARAŞDIRMA
Azərbaycan milli komandası üçün 2010-cu ili də bitmiş saymaq olar. İlk oyununu 1992-ci ildə keçirən yığmamız tarixinin 19-cu qışı ərəfəsindədir. Apasport.az saytının araşdırmalarına görə, bitməkdə olan il komandamızın son 12 il ərzində ən uğurlusu olub.

İl ərzində 10 matç keçirən Berti Foqtsun komandası 3 qələbə və 3 heç-heçəyə nail olmaqla, 12 xal qazanıb. Bu xalların cəmi 10 qarşılaşmada qazanıldığını nəzərə alsaq, millimiz hər görüşdə orta hesabla 1,2 xal əldə edib. Belə yüksək nəticəyə isə son 12 ildə təsadüf olmamışdı.

1998-ci ildən sonra belə uğurun həsrətində olan millimiz Foqtsun rəhbərliyi ilə bunu bacardı. Bu, həm də yığma tarixinin 4-cü nəticəsidir. Lakin ədalət naminə qeyd olunmalıdır ki, 1993 və 1998-ci illərin göstəriciləri yoldaşlıq oyunları hesabına “şişib”.

17 il əvvəl seçmə oyunu keçirməyən yığmamız, 1998-ci ildə rəsmi matçların hamısında uduzmuşdu. Elə bunu nəzərə alsaq, yalnız İsveçrəni məğlub etdiyimiz 1996-cı ili cari illə müqayisə etmək olar.

Orta məhsuldarlıqda da artım göz qabağındadır. Millimiz son 6 ildə olmadığı qədər qola imza atıb. Sonuncu dəfə 2003 və 2004-cü illərdə qeydə alınan məhsuldarlıq isə hələ keçilməzdir. Lakin 6 il əvvəl 11 qoldan 8-ni Qazaxıstan, Özbəkistan və Latviya ilə ardıcıl təşkil olunan yoxlama oyunlarında vurmuşuq.

Buraxılan qolların azlığında da kifayət qədər yaxşı nəticə göstərən Foqtslu millimiz 2 il əvvəlki rekordunu təkrarlaya bilmədi. 2008-ci ildəkindən az qala ikiqat çox qol buraxmağımıza baxmayaraq, bu da son 6 ilin ikinci göstəricisidir.

Qeyd edək ki, həm xal, həm vurulan, həm də buraxılan qollardakı bir illik orta göstərici 19 ili əhatə edən orta nəticədən xeyli yüksəkdir.

il

O

Q

H

M

TOP

X

ORTA XAL

ORTA TOP/ VURULAN

ORTA TOP/ BURAXILAN

1992

1

0

0

1

3-6

0

0

3

-6

1993

4

3

1

0

9-5

10

2,5

2,25

-1,25

1994

6

0

0

6

1-15

0

0

0,17

-2,5

1995

6

0

1

5

2-21

1

0,17

0,33

-3,5

1996

9

3

2

4

8-13

11

1,22

0,89

-1,44

1997

10

1

1

8

5-19

4

0,4

0,5

-1,9

1998

10

5

2

3

9-12

17

1,7

0,9

-1,2

1999

9

1

2

6

8-24

5

0,56

0,89

-2,67

2000

9

0

2

7

2-13

2

0,22

0,22

-1,44

2001

10

2

2

6

6-15

8

0,8

0,6

-1,5

2002

11

1

4

6

5-15

7

0,64

0,45

-1,36

2003

8

1

2

5

8-18

5

0,63

1

-2,25

2004

11

2

5

4

11-18

11

1

1

-1,64

2005

11

0

2

9

2-24

2

0,18

0,18

-2,18

2006

8

0

4

4

2-15

4

0,5

0,25

-1,88

2007

14

4

2

8

11-24

14

1

0,79

-1,71

2008

11

2

4

5

6-9

10

0,91

0,55

-0,82

2009

13

2

3

8

8-23

9

0,69

0,62

-1,77

2010

10

3

3

4

9-17

12

1,2

0,9

-1,7

CƏMİ

171

30

42

99

115-306

132

0,82

0,71

-1,9