Vaqif Cavadovu “Tvente”yə qaytardılar
25.11.2010 - 15:53
Azərbaycan millisinin futbolçusu Vaqif Cavadov Hollandiya mətbuatını çaş-baş salıb. Apasport.az saytının məlumatına görə, “zanbaqlar ölkəsi”ndə 21 yaşlı hücumçunun müqavilə ilə məxsus olduğu “Tvente”dən “Bakı”ya icarəyə verilməsindən xəbərsiz olan həmkarlarımız da var.
Belə ki, Hollandiyada tanınmış infonu.nl saytı Vaqifin hələ də “Tvente”nin formasını geydiyini iddia edir. Enshede təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsinin V turunda İtaliya “İnter”i ilə oyunundan sonra sevimli komandalarının Avroliqa perspektivini araşdıran hollandlar yanlışlığa yol veriblər.
Onlar komandanın taleyinin həll olunacağı İngiltərə “Tottenhem”i ilə görüş ərəfəsində təxmini heyətlərini açıqlayıblar. Dekabrın 7-də “Tvente”nin formasını geyə biləcək oyunçular arasında isə Cavadovun da adı var. Hərçənd, Cavadov 3 aydır klubdan ayrılaraq vətənə dönüb.
Qeyd edək ki, bu ilin yanvarında “Tvente”yə transfer olunan həmyerlimiz əsas komandada debüt etmədən, avqustda geri qayıdıb.

0
0