“Hoffenhaym”ın futbolçusu Azərbaycana gəlmək istəyir
25.11.2010 - 16:06
Almaniyanın “Hoffenhaym” klubunun braziliyalı futbolçusu Luis Qustavo Azərbaycana qarşı oynamaq istəyir. Apasport.az saytının məlumatına görə, Bundesliqada top qovan legioner milliləşərək, cari seçmə mərhələdə Almaniya yığmasına çağırılmasını gözləyir.
2007-ci ildə Braziliyanın “Korintians” klubundan “Hoffenhaym”a keçən Qustavo yalnız 5 ildən sonra Almaniya vətəndaşlığını ala bilər. Ancaq futbolçunun bu vaxtı xeyli azaltmaq şansı var. Belə ki, Almaniya Futbol İttifaqı dayaq yarımmüdafiəçisi mövqeyində oynayan Qustavonun xidmətində maraqlı olub, xüsusi ictimai maraqlarla ona pasport verə bilər. Legioner bu dəvəti gözlədiyini açıqlayıb: “Mən “Hoffenhaym”da özümü çox rahat hiss edirəm. Almaniya xoşuma gəlir və mən bu ölkənin vətəndaşlığını almaq istərdim. Bununla, Almaniya yığmasında oynamağım mümkün olar”.
Qeyd edək ki, Bundestimin tarixində iki braziliyalı futbolçu – “Bayer”dən Paulo Roberto Rink və yığmamıza qol vuran “Ştutqart”ın hücumçusu Kakau oynayıb. Almanlar millimizlə növbəti oyunlarını gələn ilin iyunun 7-də səfərdə keçirəcək.

- MLS klubundan ulduz həmləsi - Levandovskidən sonra Qoretska
- Taremidən DÇ narazılığı: "Birlik və mehribanlıq hiss etmirəm"
- Şenol Günəşdən etiraf: "Deyirlər, get, nəvələrinlə oyna"
- Əfsanələr matçı: “Real” “İnter”i məğlub etdi - Emre də meydana çıxdı
- Qakpo üçün 70 milyonluq təklif - Nəhənglər də onu istəyir
0
0