“Qarabağ”ın məşqçisi: Aylarla pul üzünə həsrət qalmışıq
25.11.2010 - 16:34
“Qarabağ” sözün bütün mənalarında mənim evimdir. Karyeramı bu klubda başlamışam. Elə karyeramı “Qarabağ”da da bitirdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun məşqçisi Müşfiq Hüseynov deyib.
Azərbaycan çempionatları tarixində vurduğu qolların sayına görə ikinci olan veteran hücumçu klubun rəsmi internet saytına açıqlama verib. Hüseynov komanda rəhbərliyinə yönələn tənqidləri, son turun oyunu zamanı səslənən xoşagəlməz şüarları əsassız sayır: “Çox ağır günlərimiz olub. Bəzən aylarla pul üzünə həsrət qalmışıq. Amma şükürlər olsun ki, son 10 ildə “Qarabağ” ailəsi bir rahatlığa qovuşub. Komandamızın rəhbərliyi elə bir mühit yaradıb ki, hər kəs özünü çox rahat hiss edir. “Qarabağ” rəhbərliyi daim özü dəyərlərinə sahib çıxır. Mən futbolu bitirən kimi, rəhbərlik məni çölə atmadı. Dərhal işlə təmin olundum, elə karyeralarını “Qarabağ”a həsr etmiş Səttar Əliyev və Yaşar Hüseynova da vida mərasimi təşkil edildi, dəyərli hədiyyələr verildi. Onlar da doğma komandalarında məşqçiliyə başladılar. Bu gün hansı klub rəhbərliyi bunu edib? Ona görə də qarabağlılar bu rəhbərliyinin etdiklərini heç vaxt unuda bilməz”.

0
0