“Simurq” Bolqarıstana “uçur”
26.11.2010 - 00:03
“Qəbələ” cütün favoritidir. Buna baxmayaraq, sona qədər mübarizə aparacağıq ki, xal qazanaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Simurq” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.
Unibank Premyer Liqasının ötən turunda “Gəncə” ilə heç-heçədən sonra Zaqatala təmsilçisi bu dəfə “Qəbələ”dən xal qoparmaq istəyir. Əsasən gənclərdən qurulan əyalət təmsilçisini hazırda turnir cədvəlinin “zirzəmi”sindən cəmi 1 pillə ayırır. Təbii ki, bu da nə klub rəhbərliyini, nə də baş məşqçini qane edir. Ona görə də, makedoniyalı mütəxəssis qış fasiləsində heyətə bir neçə oyunçunun cəlb edilməsini rəhbərliyin diqqətinə çatdırıb: “Söhbətimiz olub. Yeni transferlər mütləq olacaq. Söz veriblər. Ancaq heyətimizə dəvət edəcəyimiz futbolçuların adlarını deyə bilərəm. Çünki gözaltı elədiyimiz oyunçu yoxdur”.
Bununla belə, “Simurq”un Bolqarıstanda və Makedoniyada futbolçu axtarması barədə müəyyən söz-söhbət yayılıb. Məsələyə münasibət bildirən məşqçi bunu təsdiqləyib: “Bəli, adıçəkilən ölkələrdə futbolçu axtarırıq. Ancaq onlar birbaşa müqavilə imzalamağa gəlməyəcəklər. Həmin futbolçular əvvəlcə təlim-məşq toplanışına qatılacaqlar. Etimadımızı doğrultsalar, müqavilə imzalayacağıq”.

0
0