Bahodir Nasimov daha 3 il “Neftçi”də! - EKSKLÜZİV
25.11.2010 - 16:53
“Neftçi” rəhbərliyinin özbəkistanlı futbolçu Bahodir Nasimovun müqavilə ilə məxsus olduğu “Rubin”lə danışıqları müsbət nəticələnib. Bu barədə apasport.az saytına açıqlamasında komandanın prezidenti Sadıq Sadıqov məlumat verib.
O bildirib ki, Unibank Premyer Liqasında vurduğu 14 qolla bombardir olan 23 yaşlı hücumçunun gələcək taleyi ilə bağlı məsələ müsbət həll edilib: “Əslində, bu informasiyanı indi vermək bəlkə də demək düzgün olmazdı. Ancaq şəxsən sizin sayta açıqlama verirəm: Nasimovu birdəfəlik almasaq belə, onunla 3 illik müqavilə bağlanması nəzərdə tutulub. Bahodirin Azərbaycanda yaxşı oynayıb, çempionatın bombardiri olmasından sonra “Rubin”in onun qiymətini süni şəkildə qaldırması ilə bağlı söhbət yoxdur. Nə qiymətdirsə, onun üzərində düşünülür və danışılır”.
Qeyd edək ki, Rusiya Premyer Liqasında mübarizə aparan “Rubin” Nasimovu bu yay “Neftçi”yə 1 illiyə icarəyə verib.
Mehman SÜLEYMANOV

0
0