“Şaxtyor” da “Birlik kuboku”na qatılmır
25.11.2010 - 17:19
Gələn il Rusiyada keçiriləcək sayca 19-cu “Birlik kuboku” turnirinə qatılmaqdan imtina edənlər sırasına daha bir komanda qoşulub. Apasport.az saytının məlumatına görə, Soliqorskin “Şaxtyor” klubu da yarışda oynamamağa qərar verib.
Belarus çempionatında ikinci yeri tutan “şaxtaçılar” Sankt-Peterburqda təşkil olunacaq ənənəvi turnirdə oynamaqdan imtina edən ölkə çempionu BATE-ni əvəz etməli idi. Lakin gümüş mükafatçı da çempionun yolu ilə gedib. Klub rəhbərliyi imtinanı turnirlə komandanın yeni mövsümə hazırlıq planının üst-üstə düşməməsi ilə əsaslandırıb.
İki klubun imtinasından sonra Belarusu gələn il yanvarın 14-23-də baş tutacaq yarışda təmsil etmək növbəsi bürünc mükafatçı “Minsk”ə çatıb. Lakin Belarus Futbol Federasiyası hələki paytaxt klubuna rəsmi məktubla müraciət etməyib.

- MLS klubundan ulduz həmləsi - Levandovskidən sonra Qoretska
- Taremidən DÇ narazılığı: "Birlik və mehribanlıq hiss etmirəm"
- Şenol Günəşdən etiraf: "Deyirlər, get, nəvələrinlə oyna"
- Əfsanələr matçı: “Real” “İnter”i məğlub etdi - Emre də meydana çıxdı
- Qakpo üçün 70 milyonluq təklif - Nəhənglər də onu istəyir
0
0