“Everton” rəsmiləri Araz Abdullayevlə bağlı Bakıda tədbir keçirəcək
25.11.2010 - 17:33
“Neftçi” klubunun və Azərbaycan yığmasının futbolçusu Araz Abdullayevi transfer etmək istəyən “Everton” nümayəndələri Bakıda mətbuat konfransı keçirəcəklər. Bu haqda apasport.az saytına paytaxt komandasının prezidenti Sadıq Sadıqov məlumat verib. O bildirib ki, Liverpul təmsilçiləri 3-4 günə Bakıya gələcəklər.
Sadıqov vurğulayıb ki, Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin nümayəndələrini də həmin tədbirə dəvət ediblər: “Everton” nümayəndələri həftəsonu, yaxud gələn həftənin əvvəlində 100 faiz gəlməlidirlər. Həmin vaxt mətbuat konfransı olacaq. Tədbirə Böyük Britaniya səfirliyinin nümayəndəsini də dəvət etmişik. Arazın məsələsinə gəlincə, 99 yox, 100 faiz nöqtə qoyulub. Bəzi insanlar deyir ki, guya “Neftçi” Abdullayevi vermək istəmir. Yox, belə deyil. Şəxsən mən onun “Everton”a keçidində maraqlıyam. Arazın İngiltərəyə getməsi, bütün Azərbaycan futbolu üçün böyük uğurdur”.
Sadıqovun sözlərinə görə, 18 yaşlı yarımmüdafiəçinin “Everton”a keçidi ilə bağlı xırda detallar həll edilməlidir: “Bəzi məsələlərin müzakirəsi qalıb ki, əslində, onu da həll etmişik. “Everton” da buna razılıq verib. Bizə dedilər ki, Araz İngiltərə Premyer Liqasında oynamaq üçün heç olmasa, yığmanın heyətində meydana çıxmalıdır. Belə olmasa, əvəzedici heyətə göndərilə bilər. Araz bu gün tək bizə yox, bütün Azərbaycan futboluna lazımdır. “Everton”a getməsi futbolumuzun inkişafı deməkdir. Bir sözlə, keçidlə bağlı xırda detallar qalıb və nümayəndə heyəti gələndən sonra məsələ birdəfəlik həll olunacaq. Yəqin ki, Abdullayev artıq dekabrda İngiltərə klubunda olacaq”.
Mehman SÜLEYMANOV

0
0