Sadıq Sadıqov: “Neftçi” əvvəl çox bərbad olub - MÜSAHİBƏ
26.11.2010 - 00:10
Bakının “Neftçi” klubunun prezidenti Sadıq Sadıqovun apasport.az saytına müsahibəsi
- “Qalatasaray”ın idman direktoru Adnan Sezginin Bakıya səfəri və keçirdiyi mətbuat konfransı zamanı onların sıralarına yollanan italyan məşqçiniz Covanni Melkiorrenin məsələsinə toxunulsa da, açıq qaldı. Yəni, bu məsələnin ciddi problem sayılmadığı və iki klub arasında danışıqlar nəticəsində həll olunacağı qeyd edildi. Melkiorre məsələsində son nöqtə qoyuldu, yoxsa?
- Yox, hələ nöqtə qoyulmayıb. Demişdim ki, Covanniyə görə “Qalatasaray”dan təzminat alaq. Ancaq onların nümayəndəsi Bakıda bizə çoxlu təkliflər verdi. Sezginin mətbuat konfransı zamanı Bakıda olmadığımdan iştirak edə bilmədim. Ancaq onun dediklərinə sonradan qulaq asdım. Sezgin bura “Neftçi” ilə “Qalatasaray” arasında əməkdaşlığın qurulması ilə əlaqədar gəlmişdi. Buna çox böyük önəm verdim. Həmin əməkdaşlıq “Neftçi” üçün böyük uğurlar gətirə bilər. Bizim futbolçuların ora getməsi, onların oyunçularının bura gəlməsi və sair – bunlar çox faydalı işlərdir. Hətta “Qalatasaray” yanvarın ilk həftəsində Türkiyədə oyun keçirməyi təklif etmişdi. Həmin tarix hazırlıq palanlarımızla üst-üstə düşmədiyi üçün, bu haqda fikirləşirik. Ola bilsin ki, yanvarda bir yoldaşlıq görüşü də keçirək. Sezginin çox gözəl təklifləri oldu və məşqçimizlə bağlı məsələ hələ bağlanmayıb. Çünki mən bu işdə özüm iştirak etməmişəm. Bildiyiniz kimi, yanvarın 10-da Türkiyəyə təlim-məşq toplanışına gedəcəyik. Onda Allah qoysa, ilk səfərim “Qalatasaray”a olacaq. Bu, onlarla bəzi məsələlərə, o cümlədən, əməkdaşlığın detallarına aydınlıq gətirmək üçündür. Həmin vaxt açıqlamalar gələcək.
- Siz saytımıza müsahibənizdə “Qalatasaray”dan 100 min dollar təzminat istədiyinizi demişdiniz. Həmin fikrinizdə qalırsınız?
- Qalıram, ancaq bu o demək deyil ki, son fikrimdir. “Qalatasaray”dan bəzi elə təkliflər gəlib ki, həmin layihələri həyata keçirsək, bizə 100 yox, heç 500 min dollar da bəs etməz. Əgər deyilən sözdə düz olsalar, yəqin ki, Covanniyə görə istədiyimiz 100 mindən imtina edəcəyəm. Buna Türkiyəyə səfərimdə aydınlıq gələcək. Həmin vaxt “Qalatasaray”la əməkdaşlıqla bağlı müqavilə imzalayacağıq.
- Bu səbəbdən UEFA-ya Melkiorre ilə bağlı rəsmi müraciət etmirsiniz?
- Buna İstanbula səfərimizin nəticəsindən sonra baxacağıq. Biz Türkiyəyə yanvarın 10-da getməyi nəzərdə tutmuşuq. Ola bilsin ki, bir az tez gedək. Səfərin dəqiq vaxtını hələ təyin etməmişik. Özüm “Qalatasaray” nümayəndələri isə söhbət edəcəm. Onda bilinəcək ki, biz o puldan imtina, yoxsa UEFA-ya müraciət edəcəyik. “Qalatasaray” bizə elə müştərək təkliflər irəli sürüb ki, həmin layihələri gerçəkləşdirmək üçün bu gün külli miqdarda pul lazımdır. Melkiorre ilə bağlı bu layihəni həll edə biləriksə, nəyə görə “Neftçi” ona getməsin?
- Siz “Neftçi”yə gəlməmişdən öncə komandada oynamış bir sıra legionerlər, o cümlədən, almaniyalı baş məşqçi Hans-Yurgen Gede borcla bağlı FİFA-ya şikayət etmişdi. Bu məsələlər nə yerdə qaldı?
- Keçmiş günləri yada salmaq istəmirəm. Həmin vaxt nə olub-olmadığını deyə bilmərəm. Onu bilirəm ki, çox bərbad halda olub. “Neftçi”nin keçmişi ilə bağlı yox, bu günü haqda deyə bilərəm ki, klubda həm maliyyə, həm də mehribançılıq baxımından heç bir problem yoxdur. Allahın köməyi ilə “Neftçi” “Neftçi” olaraq öz yerini tutmağa başlayır. Keçmişdə nə olubsa, qurtarıb.
- “Neftçi” son turda gözlənilmədən “Qəbələ” ilə ev oyununda xal itirdi. Nəticədə ən yaxın izləyiciniz “Xəzər Lənkəran”la xal fərqiniz 1-ə endi. Bədbinliyə qapılmamısınız ki? Qış fasiləsinə lider kimi yollanmaq şansınızı necə dəyərləndirərdiniz?
- Xeyr, bədbinliyə qapılmamışam. Qardaş, bu idmandır, hər şeyi gözləmək mümkündür. Komanda 15-17 tur sabit oyun keçirə bilməz. Bildiyiniz kimi, “Qəbələ” çox səviyyəli klubdur, yüksəliş dövrünü yaşayır. Toni Adams kimi tanınmış əcnəbi baş məşqçini gətiriblər, “altılığ”a düşməyə iddialıdırlar. Komanda oyun taktikası hesabına layiqli nəticə əldə etdi. Mübarizə hələ qabaqdadır. Əsas oyunlar “altılıq”da olacaq. Biz yalnız çempionluq haqda düşünürük və buna nail olmaq üçün sonadək mübarizə aparacağıq.
Mehman SÜLEYMANOV

0
0