“Neftçi”nin yarımmüdafiəçisi hakimlikdən şikayətlənir
25.11.2010 - 18:52
"Bizi "Qarabağ"la çətin oyun gözləyir. Düzdür, indi çempionatda asan oyun olmur. Amma Ağdam təmsilçisi ilə görüş 6 xallıq oyundur”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi” klubunun futbolçusu Rəşad Abdullayev deyib.
Təcrübəli yarımmüdafiəçi Unibank Premyer Liqasının XV turunun “Qarabağ”la oyunu ərəfəsində klubun rəsmi internet saytına açıqlama verib. Rəşad bu görüşdə qələbə üçün mübarizə aparacaqlarını bildirib: “Çalışacağıq ki, yaxşı hazırlaşıb, istədiyimiz nəticəni əldə edək. Əsas məqsədimiz oyundan qələbə ilə ayrılmaqdır”.
Abdullayev çempionatın son turunun “Qəbələ” ilə oyunundakı xal itkisini (0:0) hakim səhvi ilə izah edib: "Qəbələ" ilə oyunda qol epizodlarından istifadə edə bilmədik. Üstəlik, rəqib müdafiəçi Bahodir Nasimova qarşı kobud oynasa da, hakim penaltini vermədi. Əslində, həmin epizodda penalti epizodu var idi. Çünki Bahodir "Qəbələ"nin müdafiəçisinin önündə idi və futbolçumuzu yıxmışdı, amma nədənsə baş hakim penalti təyin etmədi. Videotəkrar vasitəsilə buna bir daha əmin oldum".

0
0