“İlk oyunda minimalhesablı qələbə qazanmağımız işimizi çətinləşdirdi”
25.11.2010 - 22:10
“İlk oyunda minimalhesablı qələbə qazanmağımız işimizi çətinləşdirdi”
Futzal üzrə UEFA kubokunun elit-raundunda bu gün “VİZ-Sinara”ya (Rusiya) uduzaraq mübarizəni dayandıran “Araz” klubunun baş məşqçisi Joze Alesio Da Silva oyunla bağlı fikirlərini bildirib. Apasport.az saytının xəbərinə görə, braziliyalı mütəxəssis məğlubiyyətə baxmayaraq, komandadan razı qaldığını vurğulayıb: “Komandam haqda mənfi fikir söyləyə bilmərəm. İlk oyunda minimalhesablı qələbə qazanmağımız işimizi çətinləşdirdi. Qol imkanlarından maksimum istifadə etməliydik. Son turda isə İtaliya təmsilçisinin Kipr klubu üzərində böyük hesabla qələbə qazanması növbəti mərhələyə çıxmaq şansımızı xeyli azaltdı. Məğlub olmağımıza bu amilin də təsiri oldu. Komandamın bu mərhələdə nümayiş etdirdiyi oyundan razıyam”.
Mənbə: affa.az