Dünya boyda derbi: “El Klassiko” haqda nə bilirik? - STATİSTİKA
26.11.2010 - 00:15
Hər il az qala hamının səbirsizliklə gözlədiyi bir matç var: "Barselona" - "Real". 108 illik tarixə malik rəqabətin 84 illik keçmişə malik varisi "El Klassiko". Bu iki komanda arasındakı matç hər zaman dünya futbol ictimaiyyətinin diqqət mərkəzində olur və İspaniyada sanki bir futbol bayramı kimi qarşılanır. Bəs, görəsən, bir neçə gün sonra baş tutacaq oyun haqda nə bilirik?
Daim prinsipiallığı ilə seçilən matçda komandalar arasında ölüm-dirim mübarizəsi dərəcəsində rəqabətin olması həm də siyasi xarakter daşıyır. Səbəbi "Real"ın "Kral klubu", "Barselona"nın isə krala boyun əyməyən katalonların komandası olmasıdır.
İki komanda arasındakı ilk oyun 17 fevral 1902-ci ilə təsadüf edir. Hansı ki, həmin vaxt bu matç "El Klassiko" adlanmırdı. İndiyədək ümumilikdə 208 dəfə qarşılaşan komandalardan "Real"ın 85, "Barsa"nın isə 81 qələbəsi var. Qalan 42 oyun bərabərliklə başa çatıb. Bu matçlar ərzində "Real" futbolçuları 340 dəfə "Barsa" qapıçılarını cəzalandıra bilibsə, "Barsa" buna 328 dəfə nail olub.
Klublar La Liqa çərçivəsində 160 dəfə üz-üzə gəliblər ki, burda da yenə "Real"ın üstünlüyü var. "Kral klubu" 68 matçdan 3 xalla ayrıldığı halda, "Barselona" 62 dəfə meydanı qələbə ilə tərk edib. 30 qarşılaşmada isə qalib müəyyən olunmayıb. Qol hesabında da Madrid təmsilçisi öndədi - 263:245.
Statistika göstərir ki, ümumilikdə 506 qol qeydə alınmış La Liqa matçlarında oyun başına 3,18 qol düşür. Oyunlarda adətən 3 qolun olması "El Klassiko"ların çox vaxt bərabərliklə qurtarmadığını göstərir. Dəqiq desək, matçların 81 faizində bir komanda digərini üstələyib. Bu matçlar ərzində ən böyük hesablı qalibiyyət "Real"ın aktivindədi. Madridlilər 1943-cü ildə İspaniya kuboku matçında "Barselona"nı 11:1 hesabı ilə məğlub ediblər.
Katalonların öyünə biləcəyi ən böyük qələbəsi isə 1950-ci ilə təsadüf edir - 7:2. Diqqətçəkən ən maraqlı faktlardan biri odu ki, "Real" 1950-65-ci illərdə 16 mövsüm boyunca 16 matçda "Santyaqo Bernabeu"da katalonları diz çökdürüb. 1993-99-cu illərdə isə "Barsa" "Nou Kamp"da 7 mövsüm dalbadal "Real"ı məğlubiyyətə uğradıb. Bu müddətdə paytaxt təmsilçisi cəmi 1 qol vura bilib.
Bir mövsümdə hər iki oyunu udmaqda yenə də "Real" öndədi. "Kral klubu" 13, rəqibi 10 mövsümdə hər iki qarşılaşmada qalib gəlib. "El Klassiko"da qol səsi çıxmayan matçların sayı isə 8-dir. 2002-03 mövsümündən bu yana isə heç bir matç "quru" keçməyib.
"Real" və "Barselona" arasındakı matçlara adətən ispan dueli kimi baxılır. Lakin komandalar az da olsa, avrokuboklarda da üz-üzə gəliblər. Avropa "El Klassiko"larında "Real" 3, "Barsa" 1 qələbə qazanıb, 2 oyun heç-heçə qurtarıb.
Qarşılaşmanın tarixində bəzi futbolçular var ki, onlar hər iki komandada "El Klassiko" oynayıblar. Həmin futbolçulardan sayı 33-dü ki, bunlardan 12-i "Real"dan "Barsa"ya, 21-isə əksinə keçid alıb. Bu futbolçuların arasında "Beşiktaş"ın baş məşqçisi Bernd Şuster, "Qalatasaray"ın baş məşqçisi George Hacı, Luis Fiqu, Luis Enrike, Xavyer Saviola, Samuel Eto’O, Ronaldo kimi tanınmış istedadlar var.
İki klub arasındakı matçda rəqib qapılarına ən çox qol vuran futbolçu "Real"lıdı. Söhbət argentinalı futbolçu Alfredo Di Stefanodan gedir. O, "Barselona"ya 18 top vurub. Katalonlardan isə Rodriges Alvarez Sezar 14 dəfə "Real"ın qapısına yol tapıb. Lionel Messinin aktivində "Real"a qarşı 7 top var.
Hər il olduğu kimi, bu il də "El Klassiko"da ilk dəfə forma geyənlər olacaq. Ümumilikdə matçda 10 yeni futbolçunun oynayacağı gözlənilir ki, bunlardan 7-i (Rikardo Karvalyo, Anhel Di Maria, Məsut Özil, Serxio Kanales, Pedro Leon, Sami Xedira, Mateus) "Real"ın, 3-ü (David Vilya, Adriano, Xavyer Maskerano) "Barselona"nın heyətində olacaq. Lakin adıçəkilən oyunçuların çoxu bu tipli matçlara adət etmiş futbolçulardı.
Diqqəti cəlb edən əsas məqamlardan biri də portuqaliyalı məşqçi Joze Maurinyonun da ilk dəfə "El Klassiko"ya çıxmasıdır. O, "Çelsi" və "İnter"in başında "Barselona"nı məğlub etsə də, "Real"da katalonlarla sınağa ilk dəfədi çıxır.
Ümumiyyətlə, geriyə baxanda hər cəhətdən "Real"ın "Barselona"nı üstələdiyini görürük. Belə ki, madridlilər bazar ertəsi "Santyaqo Bernabeu"ya 20 faiz statistik üstünlüklə çıxacaq. Lakin adından da göründüyü kimi, statistikadan başqa heç bir əhəmiyyətə malik olmayan bu rəqəmlər matçda kimin qalib gələcəyini göstərə bilməz. Lakin ev sahibi qismində çıxış etməsi və azarkeş çoxluğu baxımından "Barsa"nın şanslarının qismən çox olduğu danılmazdı.
Əslində "El Klassiko" adlandırılan bu oyuna Ronaldo - Messi dueli kimi baxanlar da var. Lakin Messi, yoxsa Ronaldo, Qvardiola, yoxsa Maurinyo, "Barselona", yoxsa "Real" kimi beyinlərdə canlanan suallara bazar ertəsi aydınlıq gələcək.

0
0