FİFA-nın 55 namizədi
26.11.2010 - 00:21
FİFA 2010-cu ilin simvolik yığmasına namizədlərin adlarını açıqlayıb. Apasport.az saytının xəbərinə görə, 55 futbolçu arasından seçiləcək heyətdə "Real"ın türk əsilli futbolçusu Məsut Özilin də adı var.
İlin “11-liy”i 1 qapıçı, 4 müdafiəçi, 3 yarımmüdafiəçi və 3 hücumçudan ibarət olacaq.
Dünyanın bir çox ulduz futbolçusunun yer aldığı siyahıda ən çox oyunçu İspaniya millisindəndir. Belə ki, 55 namizəddən 10-u ispandır. Onları 9 futbolçu ilə Braziliya, 8 futbolçu ilə Argentina izləyir. Namizədlər arasında İngiltərədən 6, Almaniyadan 4, Hollandiya və İtaliyanın hər birindən isə 3 futbolçu var.

0
0