İkiqat Avstriya çempionu “Neftçi”yə təklif göndərdi
26.11.2010 - 13:14
Avstriyanın “Şturm” klubu “Neftçi” ilə yoldaşlıq matçı keçirmək niyyətindədir. Bu haqda apasport.az saytına paytaxt komandasının baş məşqçisi Arif Əsədov məlumat verib. Onun sözlərinə görə, Qrats təmsilçisi ilə qış fasiləsində yoxlama görüşü keçirməklə bağlı danışıqlar aparılır.
Yanvarda iki mərhələdə Türkiyənin Antalya şəhərində hazırlıq keçəcək “ağ-qaralar” sınaq oyunları keçirəcək: “İlk mərhələdə “Titanik”, ardından “Mardan Palace” otelində qalacağımız gözlənilir. Hazırlıq planımızı tərtib edib, göndərmişik. Orada hansı tarixlərdə yoxlama oyunları keçirməyi, rəqiblərin gücünü göstərmişəm. Nümayəndələrimiz həmin oyun cədvəlinə uyğun gələn rəqiblərlə danışıqlar aparır. “Şturm”la görüşümüz ikinci hazırlıq mərhələsində mümkündür. Yanvarın 29-u üçün yoxlama oyunu salmışıq və “Şturm” da həmin tarixdə bizimlə qarşılaşmaq istəyir. Danışıqlar tam yekunlaşandan sonra rəqiblər və oyunların tarixləri haqda məlumat verəcəyik”.
Qeyd edək ki, ötən il Avstriya çempionatını 4-cü yerdə bitirən “Şturm” 1998/99 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparıb. 2 dəfə Avstriya çempionu, 4 dəfə ölkə kuboku, 3 dəfə Superkuboku qazanan, 1 dəfə İntertoto kubokunun qalibi olan Qrats təmsilçisinin azərbaycanlı futbolçu ilə bağlılığı da var. Belə ki, klubun tarixində uzun illər Moskva “Spartak”ında və Rusiya yığmasında oynamış həmyerlimiz Ramiz Məmmədov olub.
Mehman SÜLEYMANOV

0
0