Abdullayev legionerlərdən şikayətlənir
26.11.2010 - 14:49
“Bəhmən Həsənov baş məşqçi postuna yeni gəlib. Oyunçularımız ona dəstək olmağa, kömək etməyə çalışırlar. O, “Muğan”a qədər heç bir klubda baş məşqçi işləməyib”. Bu sözləri apasport.az saytına açıqlamasında Salyanın “Muğan” klubunun kapitanı Elnur Abdullayev deyib.
24 yaşlı yarımmüdafiəçi həftəsonu “İnter”lə keçiriləcək çempionat oyunu ilə bağlı fikirlərini açıqlayıb: “I dövrədə yaxşı oynadıq. Sadəcə, hakim səhvi üzündən məğlub olduq. Salyandakı matçda ən azı heç-heçə edəcəyik”.
Komandadakı əhval-ruhiyyənin yaxşı olduğuna da toxunan Abdullayev, xüsusilə yerli futbolçuların komandanı “qara zolaq”dan çıxarmağa çalışdığını qeyd edib: “Psixoloji cəhətdən heç bir problemimiz yoxdur. Sadəcə, legionerlər bizi məyus etdilər. Yayda 8 əcnəbi futbolçu komandadan ayrıldı. Onların yerlərini doldurmalı olan yeni transferlər isə ümidləri puç etdilər. İndi yerli uşaqlar çalışacağıq ki, qələbə qazanıb, çətin günləri arxada qoyaq”.

0
0