Azərbaycanda işləyən məşqçi 20 gödəkçəyə futbolçu transfer edib
26.11.2010 - 15:32
Azərbaycanda işləyən məşqçi 20 gödəkçəyə futbolçu transfer edib
“Qalatasaray”ın aşağı yaş qruplarında məşqçilik edən Rəcəb Yazıçı indi Azərbaycanda çalışır və xariqələr yaradır. O, getdikdən sonra “Qalatasaray”ın aşağı yaş qruplarından doğru-dürüst bir istedad çıxmadı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri türkiyəli menecer Əli Sapan deyib.

FİFA agentinin əməkdaşlıq etdiyi Əmrə Çolak hazırda Avropa klublarının transfer etmək istədiyi futbolçudur. “Qalatasaray”ın aşağı yaş qruplarından çıxan müdafiəçi həm komandasında, həm də Türkiyənin gənclər yığmasında oyunu ilə diqqət mərkəzinə düşüb.

Əmrənin bu səviyyəyə çatmasında hazırda “Qəbələ” klubunun Futbol Akademiyasında məşqçi kimi çalışan Rəcəb Yazıçının böyük xidmətləri var. Bunu xüsusilə qeyd edən Sapan 51 yaşlı bu mütəxəssisin Çolakı “Qalatasaray”a gətirməsinin maraqlı tarixçəsini danışıb: “Yazıçı Əmrəni “Atışalanıspor”dan 20 gödəkçə və 5 top verərək, transfer etmişdi. Həvəskar olan bu komanda “Qalatasaray”la yoxlama oyunu keçirmişdi. Rəcəb 13 yaşlı bu futbolçunu çox bəyənsə də, məşqçisi Emin Tətikli onu vermək istəmirdi. Onun komandasının nə topları, nə də futbolçularının soyuq havada geyəcəkləri paltar vardı. Onda məşqçiyə Çolaka görə 20 gödəkçə və 5 futbol topu təklif edən Yazıçı qıcasa “oldu” cavabını alıb. “Qalatasaray”ın aşağı yaş qruplarında daha əvvəlki tək gələcəyi parlaq futbolçular çıxmır. 1990 və 1991-ci il təvəllüdlülərin yaxşı futbolçuların çıxdığı son nəsil olduğunu deyə bilərəm”.

Qeyd edək ki, Qəbələdəki akademiyaya rəhbərlik edən türkiyəli Əli Yavaş “Qalatasaray”ın aşağı yaş qruplarında Arda Turan və digər futbolçuları yetişdirib. Yavaşın özü ilə birgə gətirdiyi Yazıçı onun kadrıdır.