Georgi Adamiya: “Neftçi” üzərində qələbə ilə yüksəlişə keçəcəyik
26.11.2010 - 15:45
“Son oyunlarda heç də istədiyimiz kimi çıxış edə bilmirik. Amma toparlanacağımıza inanıram. İnanıram ki, bir qələbə ilə işlərimizi düzəldəcəyik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın gürcü futbolçusu Georgi Adamiya klubunun rəsmi saytına açıqlamasında deyib.
Ötən qışdan Ağdam təmsilçisində oynayan 29 yaşlı hücumçu cari mövsümdə komandasının bombardiri olsa da, iki turdur susqunluğu pozmur. Özü də Georginin qol vura bilmədiyi bu oyunlarda “Qarabağ” da rəqib qapısına yol tapa bilmir. İndi Adamiya bunu Unibank Premyer Liqasının növbəti turunda – ölkəmizdə ilk klubu, ən yaxşı vaxtlarını keçirdiyi “Neftçi” ilə Tofiq Bəhramov adına Respublika stadionunda etməlidir: “Son oyunlarda qol vura bilmirəm. Ümid edirəm ki, bu dəfə qol vurmaqla həm də komandamızın qələbəsinə yardım edə biləcəyəm. “Neftçi” cari mövsüm olduqca uğurlu çıxış edir. Çempionluğa oynayırlar. Amma bizim qələbəyə daha çox ehtiyacımız var. Maraqlı oyun olacaq. Derbilərin havası həmişə fərqli olur. İnşallah, “Qarabağ” “Neftçi” üzərində qələbə ilə yüksəlişə keçəcək”.
Qeyd edək ki, Adamiya “Qarabağ”ın heyətində “Neftçi”yə Ağdamda qol vurub.

0
0