Yerlilərlə yadellilər arasındakı fərq - ARAŞDIRMA
26.11.2010 - 16:45
Sabah Unibank Premyer Liqasının XV turuna start veriləcək. Apasport.az saytının məlumatına görə, baş tutacaq qarşılaşmalar ərəfəsində çempionatın təxminən 44 faizi arxada qalıb.
Keçirilən XIV turun 84 qarşılaşmasında qapılara 173 top vurulub. Orta məhsuldarlığın 2-dən artıq olduğu müddətdə yerli və legioner futbolçular arasında ciddi fərqin olduğu ortaya çıxıb. Belə ki, qolların təxminən 3/4-ü gəlmələrin hesabındadır.
Yerlilərdən 2,5-3 dəfə artıq qol vuran legionerlərin müxtəlif klublardakı rolu da fərqlidir. Məsələn, 1 dəfə avtoqola sevinən MOİK-in rəqib qapısından keçirdiyi öz qollarının hamısını yerlilər vurublar. “Gəncə”, “Qarabağ” və “Simurq”da Azərbaycan futbolunun yetirmələri ilə əcnəbilər arasında ciddi fərq yoxdur. İlk iki komandada özümüzünkülər, Zaqatala təmsilçisində isə yadellilər o qədər də böyük olmayan üstünlüyə malikdirlər.
Çempionatın liderləri “Neftçi” və “Xəzər Lənkəran”, həmçinin “Qəbələ” ilə “Turan” sanki Premyer Liqanın nəbzini tutublar. Belə ki, bu 4 komandada legionerlərlə yerlilərin qollarının nisbəti ümumi göstəriciyə yaxındır. Yəni, təxminən əcnəbilərin hər 3 qolu 1 azərbaycanlının fərqlənməsi ilə müşayiət olunur.
Az qol vurduğu üçün yerlilərin payı yüksək görünən “Qəbələ”, həmçinin “Muğan”, “Bakı”, AZAL və “İnter” göstərdiyi nəticələrə görə, daha çox legionerlərinin qollarına minnətdar olmalıdırlar. Bu klubların hərəsində cəmi 1 yerli oyunçu rəqib qapısına yol tapıb. “Qəbələ” Saşa Yunisoğlu, salyanlılar Tural Axundov, paytaxtın eyniadlı təmsilçisi Vaqif Cavadov, “təyyarəçilər” Vüsal Qarayev, son ölkə çempionu isə Rövşən Əmiraslanovun sayəsində bütün qolların gəlmələrin hesabında olmağından qurtulublar.
Mövsümün yeganə avtoqolu (“Bakı”nın müdafiəçisi Dare Nibombe MOİK-lə oyunda fərqlənib) nəzərə almasaq, qol sevinci yaşayan 83 futbolçudan 56-cı əcnəbi, 27-si yerlidir. Bu legionerlərdən 4-ü milliləşən sayılsa da, 56 gəlmə sırasına daxil edilib. Çünki Branimir Subaşiç, Fabio Luis Ramim, Usim Nduka və Aleksandr Çertoqanovun heç biri futbolumuzun yetirməsi deyil.

KLUB | QOL | ORTA QOL | LEGİONERLƏR | FAİZLƏ | YERLİLƏR | FAİZLƏ |
Neftçi | 29 | 2,07 | 22 | 75,9 | 7 | 24,1 |
Xəzər Lənkəran | 16 | 1,14 | 12 | 75 | 4 | 25 |
AZAL | 20 | 1,43 | 18 | 90 | 2 | 10 |
İnter | 13 | 0,93 | 12 | 92,3 | 1 | 7,69 |
Bakı | 21 | 1,5 | 18 | 85,7 | 3 | 14,3 |
Qarabağ | 15 | 1,07 | 6 | 40 | 9 | 60 |
Qəbələ | 9 | 0,64 | 7 | 77,8 | 2 | 22,2 |
Gəncə | 19 | 1,36 | 8 | 42,1 | 11 | 57,9 |
Muğan | 6 | 0,43 | 5 | 83,3 | 1 | 16,7 |
Turan | 11 | 0,79 | 8 | 72,7 | 3 | 27,3 |
Simurq | 9 | 0,64 | 5 | 55,6 | 4 | 44,4 |
MOİK | 5 | 0,36 | 0 | 0 | 4 | 80 |
CƏMİ | 173 | 2,06 | 125 | 72,3 | 47 | 27,2 |
0
0