Azərbaycan yığması “Real”dan güclü çıxdı
26.11.2010 - 17:14
Azərbaycanın 16 yaşlılardan ibarət yığma komandası Bakının “Real” klubundan güclü çıxıb. Apasport.az saytının məlumatına görə, Təbriz Həsənovun baş məşqçisi olduğu yığma Bakıda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində bu gün “Real”la yoldaşlıq görüşündə 2:0 hesabı ilə qalib gəlib. Qolları Ruslan Abdullayev və Davud Qarayev vurub.
Qeyd edək ki, bu oyun AFFA tərəfindən Mərdəkandakı “Dalğa” İstirahət Mərkəzinin ərazisində inşa olunan stadionda keçirilib. Bunda məqsəd tikintisi başa çatmaqda olan stadionun örtüyünün UEFA-nın tövsiyəsi ilə sınaqdan çıxarılması olub.
Mənbə: affa.az

0
0