Zəiflər arasındakı güclü – “Neftçi”
27.11.2010 - 00:08
Bakının “Neftçi” klubu Avropanın zəif çempionatlarının 2 ən yaxşı klubundan biridir. Apasport.az saytının məlumatına görə, son 9 il 9 ayın nəticələrinə əsasən, Avropanın ən güclü 850 komandasının siyahısını açıqlayan Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) milli çempionatların səviyyələrinə də biganə qalmayıb.
Belə ki, bütün ölkələri gücünə görə 4 qrupa bölən İFFHS ayrı-ayrılıqda hər kateqoriyanın ən yaxşı komandalarını da açıqlayıb. Ümumi siyahının üst sıralarını 1-ci qrup çempionatlarının təmsilçiləri zəbt etdiyindən, digər kateqoriyaların ən yaxşılarının kimliyi maraq doğururdu.
İkinci qrupda “Porto” (Portuqaliya), “Seltik” (Şotlandiya) və PSV (Hollandiya) hamıdan yaxşı göstəricilərə malikdirlər. Onlar müvafiq olaraq, ümumi sıralamada 14, 15 və 16-cı yerlərdədirlər.
Üçüncü qrupun liderləri isə Şərqi Avropa təmsilçiləridir. “Partizan” (Serbiya) 50, “Dinamo” (Xorvatiya) 60 və “Levski” (Bolqarıstan) 62-ci yeri tutmaqla, kateqoriyanın ən yaxşıları olub. Maraqlıdır ki, bu komandaların hər biri Çempionlar Liqasında (ÇL) Azərbaycan klubu ilə qarşılaşaraq, rəqibini mübarizədən kənarlaşdırıb.
Daha zəif çempionatların yer aldığı 4-cü kateqoriyanın lideri isə əksinə, təmsilçimiz tərəfindən ÇL-dən kənarlaşdırılan “Şiroki Briyeq”dir. Bosniya və herseqovinalılar ümumi siyahıda 287-ci yerdədirlər. Onlara gücünü göstərən təmsilçimiz “Neftçi” 4-cü qrupun 2-ci klubudur. İFFHS-ın siyahısında 317-ci olan digər Bosniya və Herseqovina komandası “Sarayevo” qrupda 3-cü yerdədir.
Maraq üçün “Neftçi”nin qabaqladığı komandalar sırasında İntertoto kubokunda uduzduğu Rumıniyanın “Vasluy”, SSRİ çempionatlarından yaxşı tanıdığımız Moskva “Torpedo”su, həmçinin İngiltərə Premyer Liqasında çıxış edən “Sanderlend”, İtaliya “Peruca” və “Breşiya” klubları da var.

0
0