Yığmamızın rəqibi sabiq dünya çempionları ilə oynayacaq
27.11.2010 - 10:58
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Almaniya yığması daha 2 yoldaşlıq oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, Yoahim Lövün yetirmələri İtaliya və Uruqvayı sınağa çəkəcəklər. Bundestim hər iki komanda ilə Bakı səfərinə qədər qarşılaşacaqlar. İtaliyalılarla görüş gələn ilin fevralında, cənubi amerikalılarla isə mayında baş tutacaq. 3 qat dünya çempionu olan almaniyalıların hər 2 rəqibi vaxtilə bu titula sahib olub. İtaliyalılar 4, uruqvaylılar isə 2 dəfə planetin ən yaxşısı adını qazanıb.
Qeyd edək ki, seçmə mərhələnin Azərbaycan – Almaniya oyunu 2011-ci il iyunun 7-də baş tutacaq.
Qeyd edək ki, seçmə mərhələnin Azərbaycan – Almaniya oyunu 2011-ci il iyunun 7-də baş tutacaq.
0
0