Autsayderlər yenə uduzdu, “Xəzər Lənkəran” qələbəni əldən verdi
27.11.2010 - 18:03
Autsayderlər yenə uduzdu, “Xəzər Lənkəran” qələbəni əldən verdi
Bu gün Unibank Premyer Liqasında XV tura start veriləcək. Apasport.az saytının məlumatına görə, turun mərkəzi görüşləri mərkəzi arenada baş tutacaq. “Bakı” Tofiq Bəhramov adına Respublika stadionunda “Xəzər Lənkəran”ı qəbul edəcək. 2004-cü ildən görüşən bu iki komandanın qarşılaşmaları həmişə prinsipiallığı ilə seçilib. Cənub təmsilçisi ötən mövsümü titulla başa vurmağa çox yaxın olduğu halda, məhz “zolaqlılar”a məğlubiyyətlər buna imkan verməmişdi.

Mirça Rednikin yetirmələri bu mövsümdə də həmin məğlubiyyətlərin əvəzini çıxa bilmədiklərindən (1:1) hələ də revanş hissi ilə alışıb yanırlar. Uğursuzluq zolağından yenicə çıxıb “altılıq” uğrunda mübarizə aparan meydan sahiblərindən fərqli qonaqlar bu görüşə zirvəyə yüksəlmək şansı kimi baxırlar. Belə ki, “Xəzər Lənkəran” uduzmayacağı halda ən azı 1 günlük liderlyə yüksələ bilər.

Son vaxtlar uğursuzluq zolağından çıxa bilməyən “Gəncə” azarkeşlərini sevindirməlidir. Hər halda, turnir cədvəlinin sonuncusu MOİK-ə evdə qalib gəlmək ciddi problem olmamalıdır. Elə “altılıq” uğrunda mübarizə aparan “Qəbələ” də bu tur çətinlik yaşamamalıdır. Toni Adamsın yetirmələri öz meydanında autsayder “Simurq”la qarşılaşır.

Qeyd edək ki, tura sabah keçiriləcək 3 qarşılaşma ilə yekun vurulacaq.


27 noyabr
"Gəncə" - MOİK - 1:0
QOL: Junivan Suares, 85
QIRMIZI VƏRƏQƏ: Nuran Qurbanov, 29
Hakimlər: Elvin Əsgərov, Samir Hacıyev, Mübariz Haşımov, Ramil Diniyev
Gəncə. Şəhər stadionu
Birinci dövrədəki oyun – 5:0

"Qəbələ" - "Simurq" - 4:0
QOLLAR: Deon Barton,30 (p); 59 (p); Kristian Torres,55; Arif İsyaev, 90
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Azad Ə. Hüseynov, Teymur Fərhadov
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası
Birinci dövrədəki oyun – 2:0

"Bakı" - "Xəzər Lənkəran" - 1:1
QOLLAR: Emin Cəfərquliyev, 57 - Uinston Parks, 16
Hakimlər: Vüsal Əliyev, Mehman Mahmudov, Roman Vasilyev, Fariz Yusifov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Birinci dövrədəki oyun – 1:1

28 noyabr
13:00. "Muğan" - "İnter"
Hakimlər: Əfqan Həmzəyev, Elşən Acalov, Rza Məmmədov, Ceyhun Haşımov
Salyan. Olimpiya İdman Kompleksinin stadionu.
Birinci dövrədəki oyun – 0:1

14:00. "Turan" - AZAL
Hakimlər: Elnur Muradov, Vaqif Musayev, Coşqun Həsənov, Fuad Həsənov
Tovuz. Şəhər stadionu
Birinci dövrədəki oyun – 0:1

15:00. "Qarabağ" - "Neftçi"
Hakimlər: Rövşən Əhmədov, Eldar Nağıbəyov, Elman Musayev, Rəhim Həsənov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Birinci dövrədəki oyun – 1:1