Mehman Allahverdiyevin nəticəsi təkrarlandı
27.11.2010 - 12:07
İngiltərə çempionatında yeni rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, həvəskar komandalar arasında görüş qeyri-adi hesabla nəticələnib. Belə ki, “İlloqan” klubu “Medrona” ilə qarşılaşmada rəqibini 55:0 hesabı ilə məğlub edib.
Kornuoll regional liqasında baş tutan bu matçın nəticəsinə kənar amillər də təsir edib. Belə ki, qonaqlar meydana buraxmağa oyunçu tapmaqda çətinliklə üzləşiblər. Çempionatın autsayderi olan “Medrona” 7 futbolçu ilə oynamalı olub.
Çempionatın lideri isə rəqibinə qarşı amansız olub. Lük-Ebbot Smit isə qonaqların qapıçısına ümumiyyətlə rəhm etməyib. O, 10 qol vurmağı bacarıb.
Qeyd edək ki, qeyri rəsmi Azərbaycan rekordunun müəllifi Mehman Allahverdiyev də 1 oyunda 10 qol vurub. Sonradan “Kəpəz”in baş məşqçisi kimi 3 Azərbaycan çempionluğu və 4 kuboku qazanan sabiq hücumçu 1992-ci ildə güclülər dəstəsində buna nail olmuşdu. O, Cəlilabadın “Ümid” komandası ilə görüşsə 10 dəfə rəqib qapıçını məyus etmişdi. Lakin sonradan 13:1 hesabı ilə bitən matçın nəticəsi şübhəli hesab olunaraq ləğv olundu.

0
0