“Styaua”dan “Xəzər Lənkəran”a növbəti maneə
27.11.2010 - 12:39
“Styaua”dan “Xəzər Lənkəran”a növbəti maneə
Rumıniyanın “Styaua” klubu bu ölkədən futbolçu transfer etmək istəyən “Xəzər Lənkəran”a növbəti maneə yaradıb. Apasport.az saytının məlumatına görə, təmsilçimizin baş məşqçisi Mirça Rednikin gözaltı etdiyi futbolçularına gündə bir qiymət qoyan buxarestlilər indi də Romeo Surdu ilə bağlı yeni qərar verib.

Belə ki, 26 yaşlı hücumçunu heyətində saxlamaq fikrinə düşən “Styaua” rəhbərliyi ona yeni müqavilə təklif edib. İldə 140 min avro qazanan Surdu daha cəlbedici şərtlərə malik yeni anlaşmanı qəbul etmək niyyətindədir. Bu isə legioner həyatı yaşamaq fikrindən daşınan Romeonun qışda “Xəzər Lənkəran”a keçidini kölgə altına salır.