“Qəbələ” 6 qat Braziliya çempionunu peşman edib
27.11.2010 - 14:58
“Qəbələ” 6 qat Braziliya çempionunu peşman edib
Braziliyanın məşhur “San-Paulu” klubunun rəhbərliyi son 1 ildə aparılan transfer siyasətinə peşman olub. Apasport.az saytının məlumatına görə, 2 dəfə qitələr arası kuboku, 1 dəfə klublararası dünya çempionatını qazanmaqla 3 dəfə planetin ən güclüsü olan komandanın indiki durumu idealdan uzaqdır.

Braziliya çempionatının A seriyasında mübarizə aparan 6 qat ölkə çempionu mövsümün sonuna 2 tur qalmış 9-cu pillədə qərarlaşıb. Rəhbərlik də, klubu tənqid edən San-Paulu mətbuatı da uğursuzluğu istedadlı oyunçuların komandadan ayrılması ilə əlaqələndirirlər. Son 1 ildə “San-Paulu”nu tərk edən gənc istedadların siyahısını müəyyənləşdirib, hücumçulardan bəzilərini geri qaytarmağa qərar verən braziliyalılar Azərbaycana üz tutan həmyerlilərini də unutmayıblar. Söhbət “Qəbələ”yə yollanan Bruno Anjos və Julio Sezardan gedir. Bu gənc hücumçular ölkəmizə birbaşa “San Paulu”dan deyil, başqa klubdan keçsə də, onları yetişdirən komanda bu 2 itki üçün də peşmançılıq çəkir.