Biri sevinir, digəri fəxr edir
27.11.2010 - 17:54
Biri sevinir, digəri fəxr edir
“Artıq neçə tur idi ki, azarkeşlərimizi qələbə ilə sevindirə bilmirdik”. Apasport.az saytının xəbərinə görə, bunu “Gəncə”nin baş məşqçisi Fuad İsmayılov MOİK üzərində qazanılan qələbədən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, qələbə qazanmaqla, arzularına çatıblar: “İlk dövrədəki oyun bizi arxayın salmışdı, bunun nəticəsidir ki, bugünkü oyun çətin keçdi. Qalib gəldiyimiz üçün şadam”.

İsmayılovun həmkarı Əliyev isə rəqibi təbrik edib: “Gəncə”ni qələbə münasibəti ilə təbrik edirəm. Fikrimcə biz bu gün məğlub olmalı deyildik. Oyunun sonlarına yaxın cərimə zərbəsindən qol buraxdıq. Komandam çox yaxşı oynadı, futbolçularımla fəxr edirəm. MOİK Unibank Premyer Liqasının ən gənc komandasıdır”.