Rednik: Heç-heçəni bu oyuna görə ədalətli nəticə sayıram
27.11.2010 - 21:45
Rednik: Heç-heçəni bu oyuna görə ədalətli nəticə sayıram
“1:1 hesablı nəticə bərabər səviyyəli komandaların mübarizə apardığını bir daha göstərdi”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik deyib.

Rumıniyalı çalışdırıcı Unibank Premyer Liqasının XV turunun “Bakı” ilə səfər oyunundan sonra matçla bağlı fikirlərino açıqlayıb: “İlk hissəni "Xəzər Lənkəran"ın hesabına yazmaq olar. Uinston Parks əlinə düşən imkandan faydalanıb gözəl qol vurdu. İkinci hissədə isə "Bakı" təzyiqi artırdı və hesabı bərabərləşdirdi. "Bakı" kimi komanda ilə oyunda 1 xal pis nəticə deyil, lakin qələbə qazanmaq daha yaxşı olardı. Heç-heçəni bu oyuna görə ədalətli nəticə sayıram”.