“Xəzər Lənkəran” Azərbaycanın ən yaxşı komandalarından biridir”
27.11.2010 - 21:51
“Bakı” klubunun baş məşqçisi Vinfred Şafer Premyer Liqanın XV turunun “Xəzər Lənkəran”la oyunu ilə bağlı fikirlərini bildirib. Apasport.az saytının xəbərinə görə, almaniyalı çalışdırıcı nəticədən razı qaldığını vurğulayıb: “Oyun çox gərgin keçdi. Buraxdığımız səhvdən sonra hesabda geri düşdük. Nəticəni hər iki tərəf üçün yaxşı saymaq olar. "Xəzər Lənkəran" Azərbaycanın ən yaxşı komandalarından biridir. İkinci hissədə rəqibə daha çox təsir göstərdik, hesabı bərabərləşdirdik. Lakin bundan artığını edə bilmədik”.
Qeyd edək ki, “Bakı” – “Xəzər Lənkəran” matçında qalib müəyyənləşməyib – 1:1.
Qeyd edək ki, “Bakı” – “Xəzər Lənkəran” matçında qalib müəyyənləşməyib – 1:1.
0
0