“Neftçi” zirvədə, “Qarabağ”la “İnter” uduzdu
28.11.2010 - 16:53
“Neftçi” zirvədə, “Qarabağ”la “İnter” uduzdu
Bu gün Unibank Premyer Liqasında XV tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son günündə 3 qarşılaşma baş tutub.

Turun sensasiyası Salyanda qeydə alınıb. Son ölkə çempionu “İnter” səfər oyununda “Muğan”a uduzub. Matçdakı yeganə qolu paytaxt təmsilçisinin sabiq futbolçusu Anhel Qutyerres vurub.

Tovuz səfərinə yollanan AZAL isə ən yazın izləyicisi olan həmşəhərlilərinin xal itkisindən yararlana bilib. “Turan”ı 2:1 hesabı ilə məğlub edən “təyyarəçilər” bununla da “Xəzər Lənkəran”a çatmağı bacarıblar. Komandanın mərakeşli hücumçusu Zohair Benouahi isə ardıcıl ikinci oyunda dubla müəllifi olub.

Azərbaycan çempionatlarının əzəli rəqibləri “Neftçi” və “Qarabağ” arasında oyunun taleyini isə 1 qol həll edib. Bakılıların kapitanı Ruslan Abışovun baş zərbəsi ilə vurduğu top flaqmanı izləyicilərindən 3 xal uzaqlaşdırıb. Qurban Qurbanovun yetirmələri isə ardıcıl 3-cü dəfə məğlub olublar.


28 noyabr
13:00. "Muğan" - "İnter" - 1:0
QOL: Anhel Qutyerres, 78
Hakimlər: Əfqan Həmzəyev, Elşən Acalov, Rza Məmmədov, Ceyhun Haşımov
Salyan. Olimpiya İdman Kompleksinin stadionu.
Birinci dövrədəki oyun – 0:1

14:00. "Turan" - AZAL - 1:2
QOLLAR: Muammer Erdoğdu, 56 - Zohair Benouahi, 14, 51
Hakimlər: Elnur Muradov, Vaqif Musayev, Coşqun Həsənov, Fuad Həsənov
Tovuz. Şəhər stadionu
Birinci dövrədəki oyun – 0:1

15:00. "Qarabağ" - "Neftçi" - 0:1
QOL: Ruslan Abışov, 56
Hakimlər: Rövşən Əhmədov, Eldar Nağıbəyov, Elman Musayev, Rəhim Həsənov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Birinci dövrədəki oyun – 1:1

27 noyabr
"Gəncə" - MOİK - 1:0
QOL: Junivan Suares, 85
QIRMIZI VƏRƏQƏ: Nuran Qurbanov, 29
Hakimlər: Elvin Əsgərov, Samir Hacıyev, Mübariz Haşımov, Ramil Diniyev
Gəncə. Şəhər stadionu
Birinci dövrədəki oyun – 5:0

"Qəbələ" - "Simurq" - 4:0
QOLLAR: Deon Barton,30 (p); 59 (p); Kristian Torres,55; Arif İsyaev, 90
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Azad Ə. Hüseynov, Teymur Fərhadov
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası
Birinci dövrədəki oyun – 2:0

"Bakı" - "Xəzər Lənkəran" - 1:1
QOLLAR: Emin Cəfərquliyev, 57 - Uinston Parks, 16
Hakimlər: Vüsal Əliyev, Mehman Mahmudov, Roman Vasilyev, Fariz Yusifov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Birinci dövrədəki oyun – 1:1

Turnir cədvəli

1

Neftçi

15

10

4

1

30-7

34

2

Xəzər Lənkəran

15

9

4

2

17-7


3
1

3

AZAL

15

9

4

2

22-8

31

4

İnter

15

8

3

4

13-10

27

5

Qəbələ

15

6

5

4

13-7

23

6

Bakı

15

6

4

5

22-17

22

7

Qarabağ

15

6

3

6

15-12

21

8

Gəncə

15

4

7

4

20-20

19

9

Muğan

15

3

5

7

11-21

14

10

Turan

15

2

5

8

12-23

11

11

Simurq

15

1

4

10

9-25

7

12

MOİK

15

1

2

12

5-33

5



Bombardir: Bahodir Nasimov (“Neftçi”) - 14