“Qalatasaray” özünə rəqib tapdı
28.11.2010 - 13:24
Türkiyənin “Qalatasaray” klubu Hollandiya “Ayaks”ı ilə yoldaşlı oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, istanbullular Amsterdam təmsilçisi ilə yeni stadionunun açılışında qarşılaşacaqlar. Onlar arenadakı ilk oyunda məşhur holland klubu ilə görüşmək qərarına gəliblər. Gələn ilin yanvarında Türkiyədə təlim-məşq toplanışında olan “Ayaks” “Qalatasaray”ın bu təklifinə müsbət cavab verib.
Qeyd edək ki, “Cim-Bom”un yeni stadionu 52 min tamaşaçı tutur.
Qeyd edək ki, “Cim-Bom”un yeni stadionu 52 min tamaşaçı tutur.
0
0