Azərbaycan çempionatında yeni rekord
28.11.2010 - 13:38
Unibank Premyer Liqasının 2010/11 mövsümünün yeni rekordu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Qəbələ” klubunun qapıçısı Pavel Doroşev mövsümün rekordçusu olub. Latviyalı qapıçı XV turun “Simurq”la oyununda da qol buraxmamaqla quru matçlar sayını 8-ə çatdırıb. Sonuncu dəfə Ağdamın “Qarabağ” klubu ilə görüşün 83-cü dəqiqəsində qol buraxan Doroşev bununla da seriyasını 727 dəqiqəyə çatdırıb. Bununla da legioner qolkiper “Xəzər Lənkəran”lı həmkarı Kamran Ağayevə məxsus mövsümün rekordunu yeniləyib. Millimizin də qapıçısı olan Kamran cari mövsüm 720 dəqiqə qol buraxmamışdı.
Qeyd edək ki, Doroşev 660 dəqiqə həddini aşmaqla Beynəlxalq Futbol Trixi və Statistikaları Federasiyasının (İFFHS) dünya qapıçıları üçün tərtib etdiyi siyahıya düşüb. Lakin bu, yalnız onun seriyasını qırıldıqdan, yəni yekun göstəricisi dəqiqləşdikdən sonra rəsmiləşəcək.

0
0