Lionel Messi üçün “Mourinyo sindromu”
28.11.2010 - 13:52
İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messidə yeni sindrom aşkarlanıb. Apasport.az saytının məlumatına görə, dünya futbolunun bəzəyi olan “El klassiko” ərəfəsində argentinalının zəif cəhəti üzə çıxıb. Sabah baş tutacaq “Barselona” – “Real” matçında bu sindromu aradan qaldırmağa çalışacaq Messi indiyədək Joze Morinyonun komandalarını məyus edə bilməyib. Belə ki, portuqaliyalının rəhbərlik etdiyi klublar – “Porto”, “Çelsi” və “İnter” “Barselona” ilə görüşlərdə Messiyə qol vurmaq nəsib olmayıb.
Qeyd edək ki, Messinin “Barselona”da ebütü məhz Morinyonun çalışdırdığı “Porto” ilə 2003-cü ildəki yoldaşlıq oyununa təsadüf edib.
Qeyd edək ki, Messinin “Barselona”da ebütü məhz Morinyonun çalışdırdığı “Porto” ilə 2003-cü ildəki yoldaşlıq oyununa təsadüf edib.
0
0