“Qəbələ” bu qələbəni 385 gün gözləyib
28.11.2010 - 14:10
“Qəbələ” bu qələbəni 385 gün gözləyib
Unibank Premyer Liqasının XV turunda Zaqatalanın “Simurq” klubunu 4:0 hesabı ilə məğlub edən “Qəbələ” mövsümdə ilk böyük hesablı qələbəsini qazanıb. Apasport.az saytının hesablamalarına görə, qəbələlilər 3 və daha çox top fərqi ilə son qələbəsini ötən ilin noyabrında qazanıblar. 2009/10 mövsümündə 1 belə uğuru olan komanda 10-cu turun “Muğan”la oyununda sevinmişdi. Noyabrın 7-də baş tutan həmin qarşılaşmada meydan sahibi olan “Qəbələ” 3:0 hesabı ilə qalib gəlmişdi. Əyalət təmsilçisinin böyük hesablı qələbə həsrəti 385 fgün çəkib. “Qəbələ”nin 4 və daha artıq top fərqi ilə sonuncu qələbəsi isə 2009-cu il fevralın 14-də qeydə alınıb. Həmin vaxt onlar səfərdə “Muğan”ı 4:0 hesabı ilə məğlub ediblər.