Kaxaber Sxadadze: Bu, məğlubiyyətimizə bəraət qazandırmır
28.11.2010 - 15:47
Kaxaber Sxadadze: Bu, məğlubiyyətimizə bəraət qazandırmır
"Muğan" klubunu qələbə münasibəti ilə təbrik edirəm. Belə meydanda oynamaq hər iki komandaya çətin idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.

Gürcüstanlı mütəxəssisi Unibank Premyer Liqasının XV turunun “Muğan”la görüşündən sonra keçirilən mətbuat konfransında oyun haqda fikirlərini açıqlayıb: “Lakin bu, məğlubiyyətimizə bəraət qazandırmır. Müdafiədə səhv buraxdıq, qapımızda qol gördük. Oyunun sonlarına yaxın qol vura bilərdik".

Qeud edək ki, “İnter” “Muğan”la səfər oyununda :1 hesabı ilə uduzub.

Mənbə: pfl.az