“Öz oyunumuzu oynadıq, qalib gəldik”
28.11.2010 - 15:54
“Öz oyunumuzu oynadıq, qalib gəldik”
"Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Bu, həm də, mənim ilk qələbəmdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Salyanın "Muğan" klubunun məşqçisi Bəhmən Həsənov deyib.

O, Unibank Premyer Liqasının XV turunun “İnter”lə oyunundakı 1:0 hesablı qələbənin sirrini açıb: “Oyundan qabaq da demişdim ki, bizim öz oyun üslübumuz var, ona uyğun oynasaq nəticəsini görəcəyik. Öz oyunumuzu oynadıq, qalib gəldik. "İnter"ə gələcək oyunlarda uğurlar arzulayıram".

Mənbə: pfl.az